Выбрать плеер:
"Yandırmaq istəyəndə qaqaş əlindəki butulkanı atıb" | Sumqayıtda güclü partlayış - Baku TV
Sumqayıtda ehtiyatsızlıq nəticəsində partlayış baş verib.
Hadisə şəhərin Birləşmiş məhəlləsində qeydə alınıb. Belə ki, vətəndaşlardan birinin tonqala həddindən artıq yanacaq tökməsi partlayışla nəticələnib.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin başvermə səbəbləri araşdırılır.
Hadisə şahidinin sözlərinə görə, partlayış tonqala əlavə yanacaq və şüşə qab atıldıqdan sonra baş verib:
“Partlayış olan zaman biz burada idik. Tonqalı yandırmaq istəyən şəxs içərisinə butulka da atdı. Nəticədə, partlayış oldu, şüşələr qırılıb ətrafa səpələndi”.
Скопировано
