Xətaidə evləri su basdı, sakinlər özündən çıxdı | “İcradan tutmuş “Azərsu”ya qədər dedik” - Baku TV
Paytaxtın Xətai rayonu, Zeytun küçəsindəki fərdi yaşayış evlərinin altından keçən kanalizasiya xəttində qəza baş verib. Nəticədə, evlərin içərisinə və həyətlərə su dolub.
Əraziyə müvafiq qurumların əməkdaşları cəlb edilib, suyun çəkilməsinə, sakinlərin təxliyə olunmasına başlanılıb.
“Zəng etmişik, deyirlər ki, hələ gözləyin. Bu problemin olacağı əvvəldən gözlənilirdi. Üç-beş ay əvvəl şikayət etmişik. Bütün qurumlara – icradan tutmuş “Azərsu”ya qədər deyildi”, – sakinlərdən biri söyləyib.
“Bir il üç aydır bu məsələni bildirmişik. Heç bir tədbir görülməyib. İndi bu çöküntü meydana çıxandan sonra əl-ayağa düşdülər ki, siz çıxmalısınız evdən. Çöküntü dekabrın 10-dan başlayıb, kiçik idi, amma zamanla böyüdü”, – başqa bir sakin qeyd edib.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, sözügedən ərazidə hazırda suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirləri görülür.
Тег #Xətai rayonu используется
- Bina sakinləri boğaza yığıldı | "3 maşını var, başqasının haqqına girir, deyir ki..." - Baku TV
- "Hərə öz evindən kabel sallayır..." | Yanğın baş verən binanın sakinlərindən narazılıq - Baku TV
- Xətaidəki yanğın barədə FHN-dən açıqlama | 13 nəfər... - Baku TV
- Xətaidə binada yanğın başladı | Hadisə yerindən bağlantı - Baku TV CANLI
- Xətaidəki yanan binadan sakinlər belə təxliyə edildi - Baku TV
