Binəqədidə yanğın hadisəsi | Baku TV hadisə yerində - Baku TV
Bakının Binəqədi rayonunun “Baksol yolu” ərazisində yerləşən mebel sexində güclü yanğın baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb olunub. Eyni zamanda Daxili İşlər Nazirliyinin əməkdaşları da ərazidədir və təxliyə işləri aparılır.
Yanğının qarşısının alınması və təhlükəsiz təxliyə işləri məqsədilə ərazinin nəzarətə götürülməsi və yanğınsöndürmə qüvvələrinin maneəsiz fəaliyyəti təmin edilir. Polis əməkdaşları isə ərazidə hərəkətin tənzimlənməsi və yol sıxlığının aradan qaldırılması üçün zəruri tədbirlər görürlər.
Hadisə yerində olan Baku TV əməkdaşının verdiyi məlumata əsasən, hazırda operativ işlər davam etdirilir.
Yanğının səbəbi tam olaraq açıqlanmasa da, ilkin ehtimallara görə, bayram tonqalının yaxınlıqda olması yanğının baş verməsinə səbəb ola bilər.
