Выбрать плеер:
Xətaidəki yanğın barədə FHN-dən açıqlama | 13 nəfər... - Baku TV
Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi yanında Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Taleh Babayev məlumat verib.
O bildirib ki, mənzillər tam mühafizə olunub, 13 bina sakini təxliyə edilib.
FHN rəsmisi qeyd edib ki, yanğın şaxtaboyu kabellərdə müşahidə olunub. Hazırda xəsarət alan yoxdur.
Скопировано
