Выбрать плеер:
Cəzaçəkmə müəssisəsindəki dəhşətli hadisədə ölən kimdir? - Detallar açıqlandı
Bakıda 12 saylı cəzaçəkmə müəssisəsində binanın dam örtüyünün uçması nəticəsində xəsarət alan məhkum ölüb.
Bu barədə Baku TV-yə Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iyunun 1-də saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisəsinin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçub. Nəticədə bir nəfər məhkum, Cinayət Məcəlləsinin 120.1-ci ‒ qəsdən adam öldürmə maddəsinə görə azadlıqdan məhrum edilmiş Mustafayev Mövlam Muxtar oğlunun iyunun 2-də aldığı xəsarətlərdən həyatını itirdiyi müəyyən edilib.
Vurğulanıb ki, digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmayıb.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Скопировано
Тег #12 saylı cəzaçəkmə müəssisəsi используется
