Выбрать плеер:
Ər 20 yaşlı arvadını niyə bıçaqladı? - “Dedi, onun başını böyrünə qoymağa gələcəyəm” - Baku TV
Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə nəticəsində 20 yaşlı Rufanə Nəbiyeva xəsarət alıb. Onun yaxınları hadisənin təfərrüatlarından danışıblar.
Xəsarətalan şəxsin anası bildirib ki, hadisə zamanı qızı ilə birlikdə olublar:
“Kürəkənimdir. Səhər-səhər gəldi, uşaqla görüşdü. Qızımla söhbət etdi. Dedi, gəl gedək. Qızım dedi ki, mən getmirəm. Onu gördüm ki, bıçağı çəkdi. Qonşuların hamısı səsə yığışdılar”.
Qeyd edək ki, cinayətin qadının həyat yoldaşı Nəbi Nəbiyev tərəfindən törədildiyi ehtimal olunur.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Скопировано
