Выбрать плеер:
FHN rəsmisindən Kürdəxanıda obyektdəki yanğın barədə məlumat
Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində tam söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 2000 kvadratmetr olan istixana kompleksinin intizibati binası 560 kvadratmetr sahədə yanıb.
İnzibati binanın böyük hissəsi və bitişik tikilmiş istixanalar yanğından mühafizə olunub.
Скопировано
