Выбрать плеер:
Gözləyirəm ki, məni kimsə evinə aparacaq? | Gəncədəki yanğın 24 ailəni evsiz qoydu
Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən ikimərtəbəli taxta konstruksiyalı tikilidə başlayan yanğın qısa müddətdə küləyin təsiri ilə güclənərək 24 ailəni evsiz qoyub.
Sakinlərin əsas qayğısı isə məskunlaşma ilə bağlıdır.
“Çöllərdə qalmışam, baxıram ki, kimsə məni evinə aparacaqmı?! Hər şeyimiz yandı, qızımın cehizləri də. Evdən heç nə çıxara bilmədik”, – zərərçəkənlərdən biri söyləyib.
Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, hadisənin ilkin araşdırmaları Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən aparılır. Araşdırmanın nəticəsinə uyğun qanunvericilik çərçivəsində müvafiq tədbirlər görüləcək.
Скопировано
