Выбрать плеер:
Kürdəmirdə körpələr evində yanğın baş verib
Kürdəmir rayonunda uşaq bağçasında yanğın olub.
Hadisə axşam saatlarında rayonun 4 saylı Uşaq Bağçası ‒ Körpələr Evinin ikinci mərtəbəsində qeydə alınıb.
Ümumi sahəsi 800 kvadratmetr olan 16 otaqdan ibarət korpusun ikinci mərtəbəsində ümumi sahəsi 40 kvadratmetr olan otaqda iki dolab, üç çarpayı və döşəmə yanıb. Otağın qalan hissəsi isə yanğından mühafizə olunub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb. Yanğının baş vermə səbəbləri araşdırılır.
Скопировано
