Qubada avtomobil yolu çökdü | 25 kəndlə əlaqə kəsildi - Baku TV
Quba ərazisinə yağan leysan yağışlar bir sıra ciddi fəsadlara səbəb olub.
Belə ki, Quba–Qonaqkənd–Muçu avtomobil yolunun 42-ci kilometrliyində torpaq sürüşməsi baş verib. Nəticədə, bu istiqamətdə yerləşən təxminən 25 kəndlə əlaqə kəsilib.
Hazırda aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub və fəsadların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.
“Kəskin yağışlardan sonra yollar çox pis vəziyyətə düşüb. Əhalinin gediş-gəlişi çətinləşib. Hədsiz dərəcədə çox sürüşmə baş verib. Bu fəsadlar son iki gündə yağan yağışların nəticəsidir. Əvvəllər burada belə bir hal müşahidə olunmamışdı”, – deyə kənd sakini bildirib.
Başqa bir sakin isə qeyd edib ki, sürüşmə gecə saatlarında baş verib:
“Gecə sürüşmə olub. Üç gündür davam edən yağışların nəticəsində yolun asfalt örtüyü bərbad vəziyyətə düşüb”.
