Выбрать плеер:

"Avtoş" qisasın qurbanı oldu | "Cabir 012"ni qətlə yetirən şəxsə hökm oxundu

30 января 2024 371 просмотров

2018-ci il noyabrın 17-də polisə 28 yaşlı Cabir Babayevin aldığı odlu silah yarasından 26 saylı birləşmiş şəhər xəstəxanasında ölməsi haqqında məlumat daxil olub. Hadisə Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsi, 112 ünvanında baş verib. Səhəri gün Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu, ev 19-da qeydiyyatda olan, daha əvvəl də məhkum olunmuş 26 yaşlı Etiram Şərifov şöbəyə gedərək cinayəti törətdiyini bildirib.

Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Cabir Babayevin ölümünə sağ budun yumşaq toxumalarının və arteriyanın zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə səbəb olub.

İstintaqla müəyyən edilib ki, 2011-ci ildə qətl hadisəsi törətdiyinə görə 8 il azadlıqdan məhrum edilən Ehtiram Şərifov 2018-ci il iyulun 27-də ailə üzvləri ilə görüşmək üçün evə buraxılıb və elə həmin gün yaşadığı evin yaxınlığında tanışı Hənifə Həsənov aralarında olan ədavətə görə Ehtiramın alın nahiyəsinə bıçaqla xəsarət yetirib. Həmin il, noyabrın 17-də cəza çəkdiyi müəsissədən yenidən evə buraxılan Ehtiram Hənifədən qisas almaq qərarına gəlib. 2008-ci ildə vəfat edən əmisindən qalan, kustar üsulla lülələrini və qundağını kəsərək təyinatını dəyişdirdiyi, yaşadığı evin həyətindəki yardımçı tikilidə saxladığı silahı götürərək idarə etdiyi avtomobilə qoyub.

Bibisinin evinə gedərkən Hənifənin küçədə Cabir Babayevlə söhbət etdiyini görüb. Niyyətini həyata keçirmək üçün maşını saxlayaraq oturacağın altından silahı götürüb. Onu görən Hənifə yaşadığı evin həyətinə, oradan isə evə girib. Ehtiram ailə üzvlərinin yanında Hənifəyə xəsarət yetirmək istəmədiyindən geri qayıdıb. Bu zaman Cabir Babayevin onun üzərinə gəldiyini görüb. Dəfələrlə ona qarşısından çəkilməsini deyib. Sözlərinə məhəl qoymayan Cabirə yaxın məsafədən bir dəfə atəş açaraq onu qətlə yetirib.

Məhkəmə iclasında Ehtiram Cabirin ölümünə görə çox peşman olduğunu bildirib. Özünü qəsdən adam öldürməkdə təqsirli bilməyib. Hesab edib ki, zərərçəkmişi ehtiyatsızlıqdan öldürüb. Cabir Babayevin atası Yaşar Babayev bildirib ki, hadisə təsadüfdən baş verib və buna görə Ehtiramı bağışlayır, ona qarşı şikayəti və tələbi yoxdur.

Məhkəmə nəticəyə gəlib ki, Ehtiram Şərifov Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, qanunsuz olaraq odlu silah əldə etmə, satma və gəzdirmə, qanunsuz olaraq odlu silah hazırlama maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətlə yetirilən Cabir Babayev sosial şəbəkələrdə "Cabir 012" ləqəbi ilə tanınıb. O, Bakıda müxtəlif VAZ markalı nəqliyyat vasitələri ilə avtoxuliqanlıq edib. Paytaxtda, yolayırıcında Yol-Patrul Xidməti əməkdaşlarının qarşısından “VAZ-2107” ilə yüksək sürətlə keçdiyinə görə məşhurlaşıb. 

Скопировано
Dəmirçi-Lahıc avtomobil yolunda son vəziyyət necədir? - Baku TV

Dəmirçi-Lahıc avtomobil yolunda son vəziyyət necədir? - Baku TV

Hadisə
31 марта 2026 371 просмотров
“Qardaşını vuran yaxşı adam idi” | Şağandakı dəhşətli qətllə bağlı qonşular nə danışdı? - Baku TV

“Qardaşını vuran yaxşı adam idi” | Şağandakı dəhşətli qətllə bağlı qonşular nə danışdı? - Baku TV

Hadisə
31 марта 2026 371 просмотров
"Şitillər hamısı suyun üzündədir" | Kürdəxanı sakinləri çıxılmaz vəziyyətdə - Baku TV

"Şitillər hamısı suyun üzündədir" | Kürdəxanı sakinləri çıxılmaz vəziyyətdə - Baku TV

Hadisə
31 марта 2026 371 просмотров
Şəmkirdə dəhşətli hadisə | Oğul anasını amansızlıqla qətlə yetirdi - Baku TV

Şəmkirdə dəhşətli hadisə | Oğul anasını amansızlıqla qətlə yetirdi - Baku TV

Hadisə
31 марта 2026 371 просмотров
Şağanda dəhşətli qətl: Qardaş öz qardaşının qatili oldu - Baku TV

Şağanda dəhşətli qətl: Qardaş öz qardaşının qatili oldu - Baku TV

Hadisə
31 марта 2026 371 просмотров
“Dedi, bacım içəridə qalıb, çıxa bilmir” | 18 yaşlı nişanlı qızın faciəvi sonu - Baku TV

“Dedi, bacım içəridə qalıb, çıxa bilmir” | 18 yaşlı nişanlı qızın faciəvi sonu - Baku TV

Hadisə
30 марта 2026 371 просмотров
Masazırda yanan avtomobillər FHN xilasediciləri tərəfindən söndürüldü - Baku TV

Masazırda yanan avtomobillər FHN xilasediciləri tərəfindən söndürüldü - Baku TV

Hadisə
29 марта 2026 371 просмотров
Binəqədidə mebel anbarında yanğın | FHN və DİN-in əməkdaşları hadisə baş verən ərazidə - Baku TV

Binəqədidə mebel anbarında yanğın | FHN və DİN-in əməkdaşları hadisə baş verən ərazidə - Baku TV

Hadisə
29 марта 2026 371 просмотров
Bərdədə yanğın: FHN yanan evə müdaxilə etdi - Baku TV

Bərdədə yanğın: FHN yanan evə müdaxilə etdi - Baku TV

Hadisə
29 марта 2026 371 просмотров
Ağsuda amansız qətl | 43 yaşlı qadının dəhşətli ölümü - Baku TV

Ağsuda amansız qətl | 43 yaşlı qadının dəhşətli ölümü - Baku TV

Hadisə
29 марта 2026 371 просмотров
Выбранные
icon