Выбрать плеер:
Şəmkirdə 21 yaşlı gənc dəm qazından boğularaq ölüb - Baku TV
Şəmkir rayonunda 21 yaşlı oğlan dəm qazından boğulub. Hadisə rayonun Təzəkənd kəndində baş verib.
Kənd sakini, 2005-ci il təvəllüdlü Ruhlan Etibar oğlu Məmmədov yaşadığı evin yataq otağında dəm qazından zəhərlənərək həyatını itirib. Yaxınları onun meyitini yataq otağında aşkar ediblər.
Faktla bağlı araşdırma aparılır.
Скопировано
