Выбрать плеер:

Şagirdin yandırıldığı məktəbdə çəkilişə mane oldular: "Müəllimlərə əvvəldən demişdi ki..." - Baku TV

20 апреля 2026 70 просмотров

Doqquzuncu sinif şagirdi öz sinif yoldaşına xəsarət yetirib.

Hadisə Bakının Yasamal rayonunda yerləşən 286 nömrəli məktəbdə qeydə alınıb.

İddialara görə, şagirdlər arasında əvvəllər də münaqişələr yaşanıb. Xəsarət yetirən şagirdin məsələ ilə bağlı müəllimlərə məlumat verməsinə baxmayaraq, problemin həllini tapmadığı bildirilir.

Məktəblilərdən birinin verdiyi məlumata görə, hadisəyə səbəb şagirdin sıxışdırılması olub:

“Deyilənə görə, uşağı əsəbiləşdiriblər, o da bunun əvəzini çıxmaq istəyib. Uşaqlar onu sıxışdırıblar. Şagird bununla bağlı direktora da deyib”.

Bakı Şəhər Təhsil İdarəsindən verilən məlumata görə, məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb, şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib:

“Məktəbdaxili araşdırma çərçivəsində şagirdlər və müəllimlərlə söhbət aparılır, məktəb psixoloqu tərəfindən zəruri dəstəkləyici tədbirlər həyata keçirilir”.

TƏBİB-dən bildirilib ki, 20 aprel 2026-cı il tarixində saat 10:15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 286 nömrəli məktəbdən çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 2011-ci il təvəllüdlü yeniyetmə yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya edilib:

“Ona başın, üzün, boynun, gövdənin ön-yan səthlərinin hər iki yuxarı ətraflarının II-III dərəcəli termiki alov yanığı diaqnozu qoyulub. Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir”.

Daxili İşlər Nazirliyindən (DİN) qeyd olunub ki, 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü şəxsin üzərinə spirt tökərək alışqanla yandırıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır. 

Gözü dönən kişi balta ilə arvadına hücum etdi | Tükürpərdən hadisənin detalları - Baku TV

Gözü dönən kişi balta ilə arvadına hücum etdi | Tükürpərdən hadisənin detalları - Baku TV

Hadisə
21 апреля 2026 70 просмотров
Ana və 3 övladına dəhşət yaşadan hadisə | "Tapmadıq, bilmirik ki..." - Baku TV

Ana və 3 övladına dəhşət yaşadan hadisə | "Tapmadıq, bilmirik ki..." - Baku TV

Hadisə
21 апреля 2026 70 просмотров
11 il əvvəl törədilən ağır cinayətin təfərrüatları - Baku TV

11 il əvvəl törədilən ağır cinayətin təfərrüatları - Baku TV

Hadisə
21 апреля 2026 70 просмотров
"Həkimə aparanda bilmişəm ki, qızım hamilədir" | Ucarda 15 yaşlı yeniyetmə ana oldu - Baku TV

"Həkimə aparanda bilmişəm ki, qızım hamilədir" | Ucarda 15 yaşlı yeniyetmə ana oldu - Baku TV

Hadisə
20 апреля 2026 70 просмотров
Lənkəranda maşın təmiri sexində partlayış: xəsarət alan var - Baku TV

Lənkəranda maşın təmiri sexində partlayış: xəsarət alan var - Baku TV

Hadisə
19 апреля 2026 70 просмотров
Abşeronda faciə | 37 yaşlı kişi qətlə yetirilib - Baku TV

Abşeronda faciə | 37 yaşlı kişi qətlə yetirilib - Baku TV

Hadisə
19 апреля 2026 70 просмотров
Şəmkirdə məktəbdə həyəcan yaşandı - Baku TV

Şəmkirdə məktəbdə həyəcan yaşandı - Baku TV

Hadisə
19 апреля 2026 70 просмотров
Xaçmazda leysan yağışları ciddi fəsad törətdi | Asfalt yol çökdü - Baku TV

Xaçmazda leysan yağışları ciddi fəsad törətdi | Asfalt yol çökdü - Baku TV

Hadisə
18 апреля 2026 70 просмотров
Lənkəranda torpaq sürüşməsi baş verib | Sakinlər çətin vəziyyətə düşüb - Baku TV

Lənkəranda torpaq sürüşməsi baş verib | Sakinlər çətin vəziyyətə düşüb - Baku TV

Hadisə
18 апреля 2026 70 просмотров
Bakıda dəhşət: Əvvəl arvadını, sonra isə özünü... - ANA XƏBƏR

Bakıda dəhşət: Əvvəl arvadını, sonra isə özünü... - ANA XƏBƏR

Hadisə
17 апреля 2026 70 просмотров
Выбранные
icon