Выбрать плеер:

"Söyüşlər, davalar, gecəyə qədər..." - Binanın həyətində olanlar sakinləri dəhşətə gətirdi - Baku TV

11 февраля 2026 583 просмотров

Yasamal rayonunun Şəfaət Mehdiyev küçəsindəki 79 nömrəli binanın sakinləri məhəllə ərazisində inşa olunan tikilidən və həyətyanı sahənin özbaşına zəbt edilməsindən şikayətçidirlər.

Onların sözlərinə görə, Flora Bayramova adlı şəxs 2015-ci ildə həmin ərazi ilə bağlı müvafiq qurumdan rəy alsa da, sonradan bu icazənin hüdudlarını aşaraq ərazini genişləndirib.

Bir neçə ay əvvəl burada qanunsuz şəkildə kafe tikildiyi, sakinlərin şikayətlərindən sonra isə tikilinin söküldüyü bildirilir.

Lakin iddialara görə, problem bununla bitməyib. Hazırda həmin ərazidə yenidən tikinti işlərinə başlanılıb.

Sakinlərdən biri vəziyyətdən narazılığını belə ifadə edib:

“Biz nə həyətə çıxa bilirik, nə də rahat gəzə bilirik. Tanımadığımız adamlar gəlib-gedir, səs-küy olur. Bloklarda hətta iynələr tapmışıq. Öz həyətimizdə gəzməyə ixtiyarımız qalmayıb”.

“Əvvəllər bu xanım burada yaşayırdı. Kiçik qarajı vardı, sonra onu böyüdüb çayxanaya çevirdi. Səs-küydən burada yaşamaq mümkünsüz idi. Taksi sürücüləri yığışır, söyüşlər, davalar olurdu. Gecə saat ikiyə, üçə kimi səs-küy davam edirdi. Burada qazanxana yerləşir. Yanğın və ya qəza baş versə, təhlükə böyük olar. Şikayət etdik, icra hakimiyyəti gəlib tikilini sökdü. Amma sonra deyiblər ki, guya tikinti qanunsuz sökülüb. İki gün ərzində qapını bağlayıb yenidən tikintiyə başladılar”, – başqa bir sakin deyib.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib ki, vətəndaşın tikinti üçün müvafiq sənədləri mövcuddur.

Скопировано
Xaçmazda çiçək açan şaftalı ağaclarının gözoxşayan görüntüsü

Xaçmazda çiçək açan şaftalı ağaclarının gözoxşayan görüntüsü

Cəmiyyət
17 апреля 2026 583 просмотров
Buraxılış imtahanları bitdi | Ən vacib açıqlamalar Baku TV-nin efirində - HANSI İXTİSAS?

Buraxılış imtahanları bitdi | Ən vacib açıqlamalar Baku TV-nin efirində - HANSI İXTİSAS?

Cəmiyyət
17 апреля 2026 583 просмотров
VI “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başa çatdı

VI “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başa çatdı

Cəmiyyət
17 апреля 2026 583 просмотров
VI “Yüksəliş” müsabiqəsinin imtahan tarixləri açıqlandı

VI “Yüksəliş” müsabiqəsinin imtahan tarixləri açıqlandı

Cəmiyyət
17 апреля 2026 583 просмотров
“Yüksəliş” müsabiqəsində 282 iştirakçı xaricdə aspirantura və doktorantura təhsili alanlardır

“Yüksəliş” müsabiqəsində 282 iştirakçı xaricdə aspirantura və doktorantura təhsili alanlardır

Cəmiyyət
17 апреля 2026 583 просмотров
"Necə yaşayım mən?!" - Sakinlər təngə gəldi: "Köhnə nasoslardır, rəngləyib deyirlər ki..." - Baku TV

"Necə yaşayım mən?!" - Sakinlər təngə gəldi: "Köhnə nasoslardır, rəngləyib deyirlər ki..." - Baku TV

Cəmiyyət
17 апреля 2026 583 просмотров
Səkilər niyə "işğal" altındadır? - Piyada olmağın peşmanlıq gətirdiyi yerlər - NECƏ OLMALIDIR?

Səkilər niyə "işğal" altındadır? - Piyada olmağın peşmanlıq gətirdiyi yerlər - NECƏ OLMALIDIR?

Cəmiyyət
17 апреля 2026 583 просмотров
VI "Yüksəliş" müsabiqəsinin növbəti mərhələləri barədə mühüm açıqlamalar - Baku TV CANLI

VI "Yüksəliş" müsabiqəsinin növbəti mərhələləri barədə mühüm açıqlamalar - Baku TV CANLI

Cəmiyyət
17 апреля 2026 583 просмотров
Kür çayının Zərdab rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi artıb

Kür çayının Zərdab rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi artıb

Cəmiyyət
17 апреля 2026 583 просмотров
Süni parçalardakı plastik zərrəciklər həzm sisteminə daxil ola bilir

Süni parçalardakı plastik zərrəciklər həzm sisteminə daxil ola bilir

Cəmiyyət
17 апреля 2026 583 просмотров
Выбранные
icon