Выбрать плеер:
"Necə yaşayım mən?!" - Sakinlər təngə gəldi: "Köhnə nasoslardır, rəngləyib deyirlər ki..." - Baku TV
Baku TV-nin qaynar xəttinə müraciət edən Zərdabın Burunlu kənd sakinləri bildirirlər ki, yeni əsaslı təmir edilərək istifadəyə verilən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Zərdab Suvarma Sistemləri İdarəsi Burunlu-1,2 nasos stansiyasının bir neçə aydır ki, fəaliyyəti dayanıb.
Sakinlərin sözlərinə görə, suvarma sisteminin dayanması əkin sahələrində ciddi problemlərə səbəb olub.
“Məhsullarımızı oktyabr ayında əkib-sulamışıq. O vaxtdan bu yana suvara bilmirik. Taxılımız yanıb, su vermirlər”, – deyə sakinlərdən biri narazılığını ifadə edib.
Скопировано
