11 il əvvəl törədilən ağır cinayətin təfərrüatları - Baku TV
Bakıda 11 il əvvəl mənzildən oğurluq edərkən Namiq Hənifəyev adlı şəxsi bıçaqlayaraq onun ölümünə səbəb olmaqda təqsirləndirilən Hüseyn Cəfərovun cinayət işinin məhkəmə araşdırması başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Firdovsi Əliyevin sədrliyi ilə keçirilən baxış iclasında şahid və zərərçəkənlərin ifdələri dinlənilib.
Qeyd edək ki, hadisə 2014-cü ilin noyabrın 19-da Bakının Sabunçu rayonu ərazisində baş verib. İstintaqla müəyyən edilib ki, Hüseyn Cəfərov oğurluq etmək məqsədilə qəsəbə sakini Əhməd Əhmədovun evinə daxil olub. O, qarajda axtarış aparıb, istədiyi əşyaları tapmaqdıqda oranı tərk etmək qərarına gəlib. Lakin bu zaman təqib olunduğunu hiss edib.
Məlum olub ki, onun əməlini ev sahibinin qonşusu Namiq Hənifəyev görüb. Bundan sonra Hüseyn Cəfərov izi itirmək üçün Namiq Hənifəyevə çoxsaylı bıçaq zərbələri endirib və hadisə yerindən uzaqlaşıb. Namiq Hənifəyev aldığı xəsarətlərdən xəstəxanada həyatını itirib.
Hüseyn Cəfərova qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Тег #Sabunçu rayonu используется
- "Bu küçəyə təcili yardım belə gəlmir" | Qəsəbə sakinləri yol problemindən gileyləndi - Baku TV
- Sabunçuda kollektor dağıldı, evləri, həyətləri su basdı - Baku TV
- “Ev söhbəti deyil, aşıb üstünə, söhbət bağlanıb...” | Sakin dağıntılar altında qaldı - Baku TV
- 21 illik ərini qətlə yetirən qadın hadisənin təfərrüatlarını danışdı - Baku TV
- Maştağada gölün doldurulması faktı üzrə hüquqi tədbirlər görülüb - Baku TV
