Выбрать плеер:
Tərtərdə it sahibini xəstəxanalıq etdi
Tərtər rayonunda it sahibini parçalayıb.
Hadisə rayonun Hacıqərvənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Elçin Məmmədov fərdi təsərrüfatında saxladığı itin hücumuna məruz qalıb.
İt sahibinin bədəninin müxtəlif yerlərini parçalayıb. O, ailə üzvləri tərəfindən Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Скопировано
