"Oğlu əyilib, qaz sızıb içəriyə" | Sumqayıtdakı partlayış sakinlərə dəhşət yaşatdı - Baku TV
Sumqayıtda partlayış hadisəsi baş verib.
Hadisə şəhərin 47-ci məhəlləsində yerləşən binaların birinin 7-ci mərtəbəsində qeydə alınıb.
Ehtiyatsızlıq nəticəsində kombi aparatı partlayıb və ev sahibinin oğlu 32 yaşlı Elçin Verdiyev və usta 52 yaşlı İxtiyar İxtiyarov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar.
Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, pasiyentlərə baş və boyun nahiyəsinin termiki, kimyəvi yanıqları, yuxarı ətraf və çiyin qurşağı nahiyəsinin termiki və kimyəvi yanıqları, həmçinin tənəffüs yollarının termiki və kimyəvi yanıqları diaqnozları təyin edilib.
Bildirilib ki, zəruri tibbi xidmətlər göstərilən hər iki şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən yanıq mərkəzinə təxliyə olunub.
Faktla bağlı araşdırma aparılır.
Тег #Sumqayıt используется
- "Elə bil onun qarşısında acizdirlər" | Sumqayıtda piyada yolunu kim hasarlayıb? - Baku TV
- Nə market qalıb, nə işçi, amma cərimə gəlir | “Özlərini təmizə çıxarmaq üçün...” - Baku TV
- “Niyə qoyursan ki, vursun?!” - Qadın amansızlıqla öldürüldü | “Qorxurdu ki, başını...” - Baku TV
- Sumqayıtda dəhşətə gətirən hadisə | Şahid hər şeyi danışdı - Baku TV
- “Yaxına gedin, özünüz görəcəksiniz” | Sumqayıtdakı obyekt sakinləri özündən çıxardı - Baku TV
