Выбрать плеер:
Yasamalda qorxulu yanğın hadisəsi: FHN-dən təcili müdaxilə
Paytaxtın Yasamal rayonunda ictimai iaşə obyektində yanğın baş verib.
Bu barədə Fövqəladə Halllar Nazirliyi məlumat yayıb. Bildirilib ki, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb olunub.
Onların müdaxiləsi sayəsində çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən obyektin mətbəxində və havalandırma qurğusunda baş verən alov qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində 1 ədəd kiçik mətbəx avadanlığı və havalandırma qurğusunda yağ qalıqları yanıb. Restoran və mənzillər yanğından mühafizə olunub.
Скопировано
