İdman
Выбрать плеер:

Avropa Liqasında yarımfinala yüksələn komandalar məlumdur

19 апреля 2024

UEFA Avropa liqasında 1/4 finalın cavab matçları keçirilib.

Mərhələnin ən gözlənilməz nəticəsi “Liverpul”un yarışla vidalaşması olub.

İngiltərədəki ilk görüşdə “Atalanta”ya 0-3 hesabı ilə uduzan “qırmızılar” İtaliyada ancaq 1 qol vurublar. Sərfəli nəticəni qoruyan Berqamo təmsilçisi yarımfinala yüksəlib.

“Bayer” də 4 ən güclü kollektiv arasına vəsiqə qazanıb. 1-ci oyunda “Vest Hem”ə 2-0 hesabı ilə qalib gələn leverkuzenlilər 13-cü dəqiqədə hesabda geriyə düşsələr də, görüşün sonlarında Frimponq komandasını məğlubiyyətdən xilas edib. Beləliklə, 2 matçın yekununda 3-1 hesabı ilə güclü olan “Bayer” növbəti mərhələyə adlayıb.

İtaliya təmsilçiləri “Milan” və “Roma” arasında mübarizə də gərgin alınıb. İlk matçda 1-0 hesablı qələbə qazanan “calorossi” bu dəfə də azarkeşlərini sevindirib. “Canavarlar” 12-ci və 22-ci dəqiqələrdə Canluka Mançini və Paulo Dibalanın qollarından sonra 2-0 hesablı üstünlük əldə etsə də, yarımsaatın tamamında qırmızı vərəqə alan Zeki Çelik komandasını çətin vəziyyətdə qoyub. Lakin “Milan” dönüş edə bilməyib. “Rossoneri”nin gücü ancaq Matteo Qabbiyanın təsəlli topuna çatıb. “Roma” – “Milan”: 2-1.

“Marsel” – “Benfika” cütünün qalibi isə penaltilər seriyasında məlum olub. Oyunun əsas vaxtı Mumbanyanın qolu sayəsində 1-0 hesabı ilə bitib. Tərəflər arasında ilk qarşılaşmada Portuqaliya klubu 2-1 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxta ehtiyac yaranıb. Burada qol olmadığından 11 metrlik zərbələrə müraciət olunub. Penaltilərdə isə “Marsel” futbolçuları dəqiq olublar.

Beləliklə, Avropa liqasında yarımfinal cütləri bu cür müəyyənləşib: “Roma” “Bayer”ə, “Marsel” isə “Atalanta”ya rəqib olub.

Qeyd edək ki, mərhələnin ilk matçları mayın 2-si, cavab oyunları isə mayın 9-da olacaq.

Скопировано
Bunu demək çox çətindir... | Hacı Əliyevin əsas məqsədi nədir?

Bunu demək çox çətindir... | Hacı Əliyevin əsas məqsədi nədir?

İdman
02 мая 2024
Robert Levandovski "Beşiktaş"a keçir?

Robert Levandovski "Beşiktaş"a keçir?

İdman
02 мая 2024
Minifutbol yığmamız beynəlxalq turnirin qalibi olub

Minifutbol yığmamız beynəlxalq turnirin qalibi olub

İdman
02 мая 2024
Çempionlar Liqası: “Borussiya Dortmund” PSJ-ni qəbul edib

Çempionlar Liqası: “Borussiya Dortmund” PSJ-ni qəbul edib

İdman
02 мая 2024
“Prezident Kuboku 2024” reqatasının açılış mərasimi keçirilib

“Prezident Kuboku 2024” reqatasının açılış mərasimi keçirilib

İdman
01 мая 2024
“Mançester Siti”nin futbolçusu üçün 117 milyon avroluq təklif

“Mançester Siti”nin futbolçusu üçün 117 milyon avroluq təklif

İdman
01 мая 2024
“Qarabağ” Acun Ilıcalının klubundan futbolçu alır

“Qarabağ” Acun Ilıcalının klubundan futbolçu alır

İdman
01 мая 2024
Şahmat üzrə Avropa Çempionu Ülviyyə Fətəliyeva vətənə dönüb

Şahmat üzrə Avropa Çempionu Ülviyyə Fətəliyeva vətənə dönüb

İdman
01 мая 2024
Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk görüşləri yekunlaşır

Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk görüşləri yekunlaşır

İdman
01 мая 2024
Çempionlar Liqası: “Bavariya” - “Real” matçı

Çempionlar Liqası: “Bavariya” - “Real” matçı

İdman
01 мая 2024
Выбранные
icon