Выбрать плеер:

“Fənərbağça” klubunun prezidenti prokurorluğa çağırıldı

20 декабря 2025 226 просмотров

İstanbul Baş Prokurorluğu tərəfindən həyata keçirilən narkotik əməliyyatı çərçivəsində həbs edilən idman şərhçisi Ela Rümeysa Cebecinin telefonunda aşkar olunan yazışmalar istintaqın gedişatını dəyişib.

Yerli medianın xəbərinə görə, araşdırılan rəqəmsal materiallarda Cebeci ilə tanınmış iş adamı, “Fənərbağça” klubunun prezidenti Sadettin Saran arasında narkotik vasitənin təmini barədə dialoqlar qeydə alınıb.

İddiaya görə, Saranın spikerə ünvanladığı “Səndə marixuana varmı?” sualına Cebeci zarafatla “Mən Eskobaram?” cavabını verib. Yazışmaların davamında spikerin narkotik vasitəni böyük ehtimalla tapacağını bildirməsindən sonra tərəflərin görüşmək barədə razılığa gəldikləri bildirilir.

Bu faktlar əsasında istintaq tədbirlərinin miqyası genişləndirilib. Sadettin Saranın İstanbuldakı evində və Çanaqqalanın Ayvacık rayonunda yerləşən fermasında genişmiqyaslı axtarışlar aparılıb, bəzi maddi sübutlar laboratoriyaya göndərilib.

Hazırda xaricdə olan Sadettin Saran narkotik maddə satın almaq və saxlamaq ittihamı ilə ifadə vermək üçün Prokurorluğa çağırılıb.

Qeyd edək ki, əməliyyat çərçivəsində bir sıra digər tanınmış şəxslərin də ifadələri alınıb.

Faktla bağlı istintaq davam edir.

Скопировано
"Barselona"nın futbolçusu cari mövsümdə 10-cu qolu vurdu - Baku TV

"Barselona"nın futbolçusu cari mövsümdə 10-cu qolu vurdu - Baku TV

İdman
09 февраля 2026 226 просмотров
"Neftçi"nin yeni mağazası bu ünvanda fəaliyyətə başladı - Baku TV

"Neftçi"nin yeni mağazası bu ünvanda fəaliyyətə başladı - Baku TV

İdman
08 февраля 2026 226 просмотров
Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadədən yüksək nəticə - Baku TV

Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadədən yüksək nəticə - Baku TV

İdman
08 февраля 2026 226 просмотров
Fransa millisinin futbolçusuna 5 illik müqavilə təklif edilib - Baku TV

Fransa millisinin futbolçusuna 5 illik müqavilə təklif edilib - Baku TV

İdman
08 февраля 2026 226 просмотров
Madrid klubu artıq yeni namizəd axtarır

Madrid klubu artıq yeni namizəd axtarır

İdman
07 февраля 2026 226 просмотров
"Mançester Siti" transferdə futbolçu üçün əsas namizəddir

"Mançester Siti" transferdə futbolçu üçün əsas namizəddir

İdman
07 февраля 2026 226 просмотров
"Qarabağ" UEFA-ya niyə müraciət etdi? - Yeni idman xəbərləri - Baku TV

"Qarabağ" UEFA-ya niyə müraciət etdi? - Yeni idman xəbərləri - Baku TV

İdman
06 февраля 2026 226 просмотров
"Azerbaijan International 2026" turnirində təsnifat mərhələsi yekunlaşdı

"Azerbaijan International 2026" turnirində təsnifat mərhələsi yekunlaşdı

İdman
05 февраля 2026 226 просмотров
Formula-1 Hindistana qayıtmaq üçün yenidən gündəmdədir

Formula-1 Hindistana qayıtmaq üçün yenidən gündəmdədir

İdman
05 февраля 2026 226 просмотров
Luis Enrike 2026-cı ildə “Real”a keçə bilər

Luis Enrike 2026-cı ildə “Real”a keçə bilər

İdman
05 февраля 2026 226 просмотров
Выбранные
icon