Выбрать плеер:

Qeyri-adi fəndi ilə dünyada tanınan gimnastımız Tofiq Əliyev "Baku TV"yə müsahibə verdi

04 февраля 2026 83 просмотров

“Uşaq vaxtı çox hərəkətli olduğuma görə valideynlərim məni məşğuliyyət olsun deyə gimnastikaya gətirdilər. Üstəlik, babamın da arzusu idi ki, nəvələrindən kimsə gimnast olsun”.

Bu sözləri Baku TV-yə müsahibəsində qeyri-adi fəndi ilə dünyada tanınan azərbaycanlı gimnast Tofiq Əliyev deyib.

İdmançı tarixi qərar verdiyi məqamdan danışıb:

“Bəzən elə anlar olur ki, insan qızıl medal deyil, tarix yazmağı seçir. Biz məşqçimlə məhz bunu seçdik. Təsnifat mərhələsi bitdikdən sonra birinci pillədə idim. Dincəlmə otağında baş məşqçimiz Adil Hüseynzadəyə dedim ki, “triple flow”, yəni üçlü vint və üçlü salto etmək istəyirəm. O, əvvəlcə zarafat etdiyimi düşündü, amma nə qədər ciddi olduğumu görüb razılaşdı”.

Gimnast qərarından geri dönmədiyini vurğulayıb:

“Hətta dördüncü yerdə olan ingilis rəqibimə uduzsaydım, bürünc medal uğrunda mübarizə aparsaydım belə, yenə bu cəhdi edəcəkdim. Nəticənin qızıl və ya gümüş olması qərarımı dəyişmirdi. Adil müəllim fasilə zamanı Texniki Komitə ilə əlaqə saxlayıb elementin çətinlik balını dəqiqləşdirdi və məlum oldu ki, bu hərəkət üçün 11,1 bal verilir. Bu isə rekord göstərici idi”.

Onun sözlərinə görə, həmin element daha əvvəl cədvələ belə daxil edilməmişdi:

“Üçlü salto və üçlü vint heç vaxt rəsmi siyahıya salınmamışdı, çünki heç kimin bunu edə biləcəyinə inanmırdılar. Məşqlərdə iki dəfə sınaqdan keçirmişdim, amma üzərindən dörd ay keçmişdi. Finalda nəticədən asılı olmayaraq bunu edəcəyimə qərar verdim”.

Tofiq Əliyev həmin tarixi anı belə xatırlayır:

“Superfinalda Adil müəllim mənə baxıb “edirsən?” deyə soruşdu. Mən də razılığımı bildirdim. Videoda bu element bir saniyədən də az çəkir, amma biz onu anbaan yaşayırıq. Hər dövrədə öz-özümə “bir az da qaldı, döz, davam et” deyirdim. Çünki bir anlıq diqqətini itirsən, hər şey uğursuz ola bilər”.

Скопировано
Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadədən yüksək nəticə - Baku TV

Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadədən yüksək nəticə - Baku TV

İdman
08 февраля 2026 83 просмотров
Fransa millisinin futbolçusuna 5 illik müqavilə təklif edilib - Baku TV

Fransa millisinin futbolçusuna 5 illik müqavilə təklif edilib - Baku TV

İdman
08 февраля 2026 83 просмотров
Madrid klubu artıq yeni namizəd axtarır

Madrid klubu artıq yeni namizəd axtarır

İdman
07 февраля 2026 83 просмотров
"Mançester Siti" transferdə futbolçu üçün əsas namizəddir

"Mançester Siti" transferdə futbolçu üçün əsas namizəddir

İdman
07 февраля 2026 83 просмотров
"Qarabağ" UEFA-ya niyə müraciət etdi? - Yeni idman xəbərləri - Baku TV

"Qarabağ" UEFA-ya niyə müraciət etdi? - Yeni idman xəbərləri - Baku TV

İdman
06 февраля 2026 83 просмотров
"Azerbaijan International 2026" turnirində təsnifat mərhələsi yekunlaşdı

"Azerbaijan International 2026" turnirində təsnifat mərhələsi yekunlaşdı

İdman
05 февраля 2026 83 просмотров
Formula-1 Hindistana qayıtmaq üçün yenidən gündəmdədir

Formula-1 Hindistana qayıtmaq üçün yenidən gündəmdədir

İdman
05 февраля 2026 83 просмотров
Luis Enrike 2026-cı ildə “Real”a keçə bilər

Luis Enrike 2026-cı ildə “Real”a keçə bilər

İdman
05 февраля 2026 83 просмотров
Ronaldu “Əl-Nəsr”in məşqlərini boykot etdi? | Yeni idman xəbərləri - Baku TV

Ronaldu “Əl-Nəsr”in məşqlərini boykot etdi? | Yeni idman xəbərləri - Baku TV

İdman
05 февраля 2026 83 просмотров
"Qarabağ" Bakıda "Nyukasl"ı qəbul edəcək | Ev oyununda təmsilçimizin şanslarını dəyərləndirdik

"Qarabağ" Bakıda "Nyukasl"ı qəbul edəcək | Ev oyununda təmsilçimizin şanslarını dəyərləndirdik

İdman
05 февраля 2026 83 просмотров
Выбранные
icon