Выбрать плеер:
"Neftçi" Misir təmsilçisi ilə qarşılaşıb - Baku TV
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışında olan "Neftçi" növbəti yoxlama oyununu keçirib.
"Ağ-qaralar" Misir təmsilçisi "Piramids"lə üz-üzə gəlib. "Məhəmməd bin Zayed" stadionunda baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Azərbaycan təmsilçisinin qolunu 87-ci dəqiqədə Murad Məmmədov vurub.
Qeyd edək ki, ilk sınaq matçında "Kayrat"a 3:0 hesabı ilə qalib gələn "Neftçi" yanvarın 16-da keçiriləcək sonuncu oyunda Çinin "Çenqdu Ronqçenq" klubu ilə üz-üzə gələcək.
Скопировано
