Выбрать плеер:
8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur | Prezident - Baku TV
"Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb və boru kəmərləri ilə ixrac edilən qazın təchizatçısı olan ölkə olaraq biz birinci yerdəyik".
Bu barədə Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata bəyanatında bildirib.
Dövlət başçısı vurğulayıb ki, yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaq.
"Hazırda bizim ümumi qaz ixracımız 25 milyard kubmetr səviyyəsindədir, bunun da yarısı Avropa ölkələrinə nəql edilir. Bu gün Avropa İttifaqına üzv 8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin edir", – deyə İlham Əliyev əlavə edib.
Скопировано
