Выбрать плеер:

Daşkənd şəhərində "Üstyurt" Əməliyyat Şirkətinin ofisi açıldı - Baku TV

05 декабря 2025 132 просмотров

Özbəkistanın paytaxtı Daşkənd şəhərində "Üstyurt" Əməliyyat Şirkətinin ofisi açılıb.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Bildirilib ki, açılış mərasimində "Uzbekneftegaz" Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Baxodirjon Sidiqov, SOCAR-ın vitse-prezidenti Arzu Cavadova, layihə komandalarının üzvləri, eləcə də layihənin ərsəyə gəlməsinə töhfə verən dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Çıxışlarda "Üstyurt" Əməliyyat Şirkətinin geoloji-kəşfiyyat potensialının inkişafına, bu sahədə qabaqcıl texnologiyaların tətbiqinə və regionun enerji dayanıqlığının gücləndirilməsinə əhəmiyyətli töhfə verəcəyi vurğulanıb.

Bildirilib ki, şirkətin yaradılması və ofisin açılması Azərbaycan-Özbəkistan arasında mövcud olan möhkəm dostluq və qardaşlıq münasibətlərinin nəticəsidir. İki ölkə başçısının siyasi iradəsi və ali dövlət səviyyəsində dəstək bu kimi mühüm layihələrin həyata keçirilməsi və onların uğurlu icrasına zəmin yaradır.

Qeyd edək ki, "Üstyurt" investisiya bloklarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişi Azərbaycan-Özbəkistan enerji əməkdaşlığı strategiyasının həyata keçirilməsində mühüm mərhələ hesab olunur.

Operator şirkətin ofisinin istifadəyə verilməsi layihənin aktiv əməliyyat mərhələsinə keçdiyini göstərir. Qısa müddət ərzində zəruri hazırlıq işləri yerinə yetirilib: operator qeydiyyatdan keçirilib, vacib lisenziyalar əldə olunub və geoloji-kəşfiyyat işlərinin başlanmasına dair prosedurlar icra olunub.

Скопировано
Sosialyönümlü xərclər nə qədər nəzərdə tutulub?

Sosialyönümlü xərclər nə qədər nəzərdə tutulub?

İqtisadiyyat
09 декабря 2025 132 просмотров
Baş nazir dövlət xərclərinin prioritet istiqamətlərini açıqladı - Baku TV

Baş nazir dövlət xərclərinin prioritet istiqamətlərini açıqladı - Baku TV

İqtisadiyyat
09 декабря 2025 132 просмотров
Baş nazir müxtəlif sahələr üzrə inkişaf dinamikasını açıqladı

Baş nazir müxtəlif sahələr üzrə inkişaf dinamikasını açıqladı

İqtisadiyyat
09 декабря 2025 132 просмотров
8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur | Prezident - Baku TV

8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur | Prezident - Baku TV

İqtisadiyyat
09 декабря 2025 132 просмотров
İstiqraz sahiblərinə edilən ödənişin miqdarı açıqlandı - Baku TV

İstiqraz sahiblərinə edilən ödənişin miqdarı açıqlandı - Baku TV

İqtisadiyyat
09 декабря 2025 132 просмотров
"Microsoft"un "SOCAR Hackathon 2025"də iştirakı hansı müsbət təsirləri göstərəcək? - Baku TV

"Microsoft"un "SOCAR Hackathon 2025"də iştirakı hansı müsbət təsirləri göstərəcək? - Baku TV

İqtisadiyyat
08 декабря 2025 132 просмотров
Özəl sektorun iqtisadiyyatda payı nə qədərdir? -  “Son 6 ildə...” - Baku TV

Özəl sektorun iqtisadiyyatda payı nə qədərdir? - “Son 6 ildə...” - Baku TV

İqtisadiyyat
08 декабря 2025 132 просмотров
BP rəsmisi azad olunan ərazilərdə gördükləri işlərdən danışdı - Baku TV

BP rəsmisi azad olunan ərazilərdə gördükləri işlərdən danışdı - Baku TV

İqtisadiyyat
08 декабря 2025 132 просмотров
DGK sədri gömrük dəyərinin qiymətləndirilmə prosesini açıqladı

DGK sədri gömrük dəyərinin qiymətləndirilmə prosesini açıqladı

İqtisadiyyat
08 декабря 2025 132 просмотров
DGK tərəfindən büdcəyə nə qədər vəsait köçürülüb?

DGK tərəfindən büdcəyə nə qədər vəsait köçürülüb?

İqtisadiyyat
08 декабря 2025 132 просмотров
Выбранные
icon