"Microsoft"un "SOCAR Hackathon 2025"də iştirakı hansı müsbət təsirləri göstərəcək? - Baku TV
Dünyanın aparıcı texnologiya şirkətlərindən biri olan "Microsoft" şirkəti "SOCAR Hackathon 2025" tədbirinə rəsmi tərəfdaş kimi qoşulur.
Dövlət Neft Şirkətinin yaydığı məlumatda bildirilib ki, "Microsoft"un "SOCAR Hackathon 2025"də iştirakı tədbirin ümumi təcrübəsinin yüksəldilməsində mühüm rol oynayacaq.
Münsiflər heyətində təmsil olunacaq "Microsoft" tədbir çərçivəsində layihələrin qiymətləndirilməsi prosesində qlobal təcrübələrə uyğun olaraq ədalətli, dərin təhlilə əsaslanan və innovasiyaya yönəlik qiymətləndirmənin təmin edilməsinə töhfə verəcək.
Bununla yanaşı, "Microsoft" "Hackathon" üçün rəqəmsal mühitin inkişafını dəstəkləyəcək, iştirakçılara öz həllərini yaratmaq və təqdim etmək üçün daha təkmilləşdirilmiş alətlər, resurslar və texniki imkanlar təqdim edəcək.
Qeyd edilib ki, "Microsoft" şirkətinin tədbirə qatılması SOCAR-ın innovasiyaların təşviqi, gənc istedadların inkişafı və yenilikçi ideyaların güclənə biləcəyi ekosistem qurmaq öhdəliyimizi daha da möhkəmləndirir.
