Выбрать плеер:
SOCAR-ın aktivləri cari ilin I yarısında bu qədər oldu - Baku TV
SOCAR 2025-ci ilin birinci yarısını 1 milyard 761 milyon manat xalis mənfəətlə başa vurub.
Şirkətin yaydığı maliyyə hesabatına görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14 faiz çoxdur.
2025-ci ilin yanvar-iyun aylarında SOCAR-ın vergiyə qədərki mənfəəti 2 milyard 373 milyon manat, mənfəət vergisi ödəmələri isə 612 milyon manat təşkil edib. Bu dövrdə şirkətin ümumi mənfəəti 71,9 faiz artaraq, 6 milyard 373 milyard manata yüksəlib.
2025-ci il iyulun 1-nə SOCAR-ın aktivləri 96 milyard 470 milyon manat olub ki, bu da illik müqayisədə 1,9 faiz çoxdur.
Hesabat dövründə şirkətin öhdəlikləri 2,4 faiz artaraq, 47 milyard 144 milyon manata, balans kapitalı isə 1,4 faiz yüksələrək, 49 milyard 326 milyon manata çatıb.
Скопировано
Тег #SOCAR используется
- Kibertəhlükəsizlik sahəsində hansı işlər görülür? | Nazir müavinindən açıqlama - Baku TV
- İstiqraz sahiblərinə edilən ödənişin miqdarı açıqlandı - Baku TV
- Daşkənddə SOCAR və "Uzbekneftegaz"ın birgə layihəsinin başlanması mərasimi keçirildi - Baku TV
- Daşkənd şəhərində "Üstyurt" Əməliyyat Şirkətinin ofisi açıldı - Baku TV
- SOCAR Dəməşq Hava Limanını yanacaqla təchiz edəcək | Detallar açıqlandı - Baku TV
