Выбрать плеер:
AQTA-nın sədri sahibkarlara səsləndi
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli II Azərbaycan Halal Biznes Forumunun açılışında sahibkarlara müraciət edib. O, işğaldan azad edilmiş ərazilərin və Naxçıvan Muxtar Respublikasının Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) tərəfindən xəstəlikdən azad zonalar elan edildiyini bildirib. Bu statusun əldə edilməsi, xüsusilə də halal sənayesinin inkişafı üçün həmin ərazilərdə münbit şərait yaradacaq. Qoşqar Təhməzli fürsətdən istifadə edərək Azərbaycan sahibkarlarını həm Naxçıvanda, həm də azad olunmuş ərazilərdə bu işdə yaxından iştirak etməyə dəvət edib.
Скопировано
