Fermerlərin maliyyə resurslarına çıxışları asanlaşdırılır
"Son illərdə kənd təsərrüfatında istehsalın səmərəliliyinin artırılması, müasir texnologiyaların tətbiqi, fermerlərin maliyyə və texniki resurslara çıxışının asanlaşdırılması istiqamətində mühüm addımlar atılıb".
Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu gün Bakıda keçirilən Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, rəqəmsal həllərin tətbiqi, elektron kənd təsərrüfatı platformasının genişləndirilməsi, ekoloji cəhətdən dayanıqlı istehsal modellərinə keçid dövlət siyasətinin əsas istiqamətlərindəndir:
"İqlim dəyişikliklərinin təsirlərinin azaldılması, torpaq və su ehtiyatlarından səmərəli istifadə və dəqiq kənd təsərrüfatının tətbiqi aqrar sektorun rəqabətqabiliyyətliliyini daha da artırır. Məhz bu strateji hədəflərin regionlarda təşviqi məqsədilə Aqrar Biznes Festivalları təşkil olunub. Cari ildə ölkənin 13 iqtisadi rayonunu əhatə edən 28 rayonda 32 festival keçirilib, bu tədbirlərdə 400 mindən artıq fermer və sahibkar iştirak edib, 8 milyon manatdan artıq satış icra olunub".
Nazir qeyd edib ki, festivallar çərçivəsində toxum sərgi-satış yarmarkaları, kredit yarmarkaları, panel müzakirələr və təlimlər təşkil edilib:
"Bu festivallar kiçik və orta sahibkarlığın inkişafına, qadın fermerlərin və gənclərin aqrar sahəyə fəal cəlb olunmasına, bilik və təcrübə mübadiləsinin genişlənməsinə mühüm töhfə verib. Eyni zamanda məhsul festivalları regionların ixtisaslaşmış kənd təsərrüfatı məhsullarının tanıdılmasına və brendləşdirilməsinə şərait yaradıb".
Тег #Kənd Təsərrüfatı Nazirliyi используется
- Azad edilmiş ərazilərdə torpaqların icarəsinə start verildi
- Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının bərpası üçün hansı addımlar atılır? | RƏSMİ CAVAB
- Qeyri-effektiv aqrar iqtisadiyyatın göstəricisi nədir?
- Dabaq xəstəliyi hansı hallarda insana keçir?
- Azərbaycanda dabaq xəstəliyi təhlükəsi | Nazirlik çağırış etdi - CANLI
