Выбрать плеер:
SOCAR Pakistanda neft kəmərinin tikintisi layihəsində iştirak etməyi planlaşdırır - Baku TV
SOCAR Pakistanda neft kəmərinin tikintisi layihəsində investor qismində iştirak etməyi planlaşdırır.
Bunu "Report"a müsahibəsində Pakistanın maliyyə və gəlirlər naziri Məhəmməd Auranqzeb deyib.
O bildirib ki, danışıqlar hələ erkən mərhələdədir.
Qeyd edək ki, SOCAR ilə "Frontier Works Organisation" və "Pakistan State Oil Company Limited" şirkəti arasında imzalanan Anlaşma Memorandumu "White Oil Machike-Thallian-Tarujabba" neft kəməri layihəsi çərçivəsində əməkdaşlığı nəzərdə tutur.
Bu neft kəməri Pakistanın Qasim Limanını Pəncabda yerləşən "Pak-Arab" neft emalı zavodu ilə birləşdirəcək. 477 kilometr uzunluğunda boru kəmərinin ilkin ötürücülük qabiliyyəti illik 7 milyon ton təşkil edir və 10 milyon tona qədər artırılması mümkündür.
Скопировано
