SOCAR və "MOL Group" pay bölgüsü sazişi imzalayıb - BAKU TV
SOCAR ilə Macarıstanın “MOL Group” şirkəti arasında Azərbaycanın Şamaxı-Qobustan sahəsində kəşfiyyat və hasilat üzrə pay bölgüsü sazişi imzalanıb.
Sazişi SOCAR-ın prezidenti Rövşən Nəcəf və “MOL Group”un İdarə Heyətinin sədri və baş icraçı direktoru Jolt Hernadi imzalayıblar.
Layihənin operatoru olan “MOL Group” birgə kəşfiyyat layihəsində 65 faiz, SOCAR isə 35 faiz paya malikdir. Layihə çərçivəsində seysmik tədqiqatların 2026-cı ilin əvvəlində başlanması, sonrakı mərhələdə isə qazma işlərinin aparılması planlaşdırılır.
Qeyd edək ki, 2025-ci il iyunun 3-də “Bakı Enerji Həftəsi” çərçivəsində SOCAR ilə “MOL Group” arasında imzalanan Əsas Şərtlər Sazişindən sonra bu tam razılaşdırılmış sənəd iki şirkət arasında əvvəlki uğurlu əməkdaşlıq üzərində qurulan strateji tərəfdaşlıqda mühüm mərhələdir.
Тег #SOCAR используется
- SOCAR Pakistanda neft kəmərinin tikintisi layihəsində iştirak etməyi planlaşdırır - Baku TV
- SOCAR Qırğızıstanda əməkdaşlıq imkanlarını dəyərləndirib - Baku TV
- "Süni zəka ilə bağlı qanunvericilik genişləndirilməlidir" | Məmməd Əlizadə - Baku TV
- Rövşən Nəcəf Macarıstan və İtaliya şirkətlərinin rəhbərləri ilə görüşüb - Baku TV
- SOCAR-ın aktivləri cari ilin I yarısında bu qədər oldu - Baku TV
