Выбрать плеер:

Qeyri-effektiv aqrar iqtisadiyyatın göstəricisi nədir?

14 ноября 2025 261 просмотров

“Kənddə yaşayan hər kəsin yalnız aqrar fəaliyyətlə məşğul olması düzgün yanaşma deyil”.

Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında deyib.

Nazirin sözlərinə görə, kəndlərdə alternativ məşğulluq imkanları yaradılmalıdır:

“Bu istiqamətdə sənaye, turizm, logistika kimi sahələri nümunə göstərə bilərik. Əks halda, kənd təsərrüfatına yalnız bu prinsiplə yanaşmaq qeyri-effektiv nəticələrə gətirib çıxarır".

O qeyd edib ki, hazırda Azərbaycanda bir təsərrüfata orta hesabla 1,7 hektar torpaq sahəsi düşür və bu, fermerin ailəsini il ərzində dolandırması üçün kifayət etmir:

“Hesablamalarımıza əsasən, fermerin minimum gəlir əldə etməsi üçün orta sahə 9 hektar olmalıdır. Dörd nəfərlik ailənin illik minimum gəliri təxminən 14 min manat təşkil edir. Bu məbləği qazanmaq üçün fermerin 9 hektar sahəyə sahib olması vacibdir. Taxılçılıqda bu göstərici 33 hektar, meyvəçilikdə isə 3-5 hektardır. Buna görə də kənd təsərrüfatında əsas istiqamətimiz məhsuldarlığın artırılması və əlavə dəyər yaradan məhsulların payının genişləndirilməsidir.

Dənli bitkilər əlavə dəyəri ən az olan məhsullar hesab olunur. Son 5 ildə isə təxminən 30 min hektar yeni meyvə bağları salınıb və bu bağlar həm məşğulluq, həm də gəlirlilik baxımından daha səmərəli sayılır”.

SOCAR və "MOL Group" pay bölgüsü sazişi imzalayıb - BAKU TV

SOCAR və "MOL Group" pay bölgüsü sazişi imzalayıb - BAKU TV

İqtisadiyyat
17 декабря 2025 261 просмотров
Aqrar biznes festivallarının əhəmiyyəti

Aqrar biznes festivallarının əhəmiyyəti

İqtisadiyyat
17 декабря 2025 261 просмотров
Yarmarkalarda məhsulların keyfiyyətinə nəzarət olunur

Yarmarkalarda məhsulların keyfiyyətinə nəzarət olunur

İqtisadiyyat
17 декабря 2025 261 просмотров
Fermerlərin maliyyə resurslarına çıxışları asanlaşdırılır

Fermerlərin maliyyə resurslarına çıxışları asanlaşdırılır

İqtisadiyyat
17 декабря 2025 261 просмотров
SOCAR Pakistanda neft kəmərinin tikintisi layihəsində iştirak etməyi planlaşdırır - Baku TV

SOCAR Pakistanda neft kəmərinin tikintisi layihəsində iştirak etməyi planlaşdırır - Baku TV

İqtisadiyyat
17 декабря 2025 261 просмотров
Abşeron və Ağdaşda strateji layihə | Enerji təhlükəsizliyini gücləndirən yeni sistem - Baku TV

Abşeron və Ağdaşda strateji layihə | Enerji təhlükəsizliyini gücləndirən yeni sistem - Baku TV

İqtisadiyyat
15 декабря 2025 261 просмотров
SOCAR Qırğızıstanda əməkdaşlıq imkanlarını dəyərləndirib - Baku TV

SOCAR Qırğızıstanda əməkdaşlıq imkanlarını dəyərləndirib - Baku TV

İqtisadiyyat
13 декабря 2025 261 просмотров
Mərkəzi Bank uçot dərəcəsini növbəti dəfə endirdi? - Baku TV

Mərkəzi Bank uçot dərəcəsini növbəti dəfə endirdi? - Baku TV

İqtisadiyyat
13 декабря 2025 261 просмотров
Əhali 10 milyard dolları niyə "yastığın altında" saxlayır? - Baku TV

Əhali 10 milyard dolları niyə "yastığın altında" saxlayır? - Baku TV

İqtisadiyyat
12 декабря 2025 261 просмотров
Rövşən Nəcəf Macarıstan və İtaliya şirkətlərinin rəhbərləri ilə görüşüb - Baku TV

Rövşən Nəcəf Macarıstan və İtaliya şirkətlərinin rəhbərləri ilə görüşüb - Baku TV

İqtisadiyyat
11 декабря 2025 261 просмотров
Выбранные
icon