Azərbaycanın ən böyük neft yataqlar bloku 2049-cu ilin sonunadək işlənəcək - Baku TV
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsindən 6 milyard 570,6 milyon manat gəlir əldə edib.
Fondun yaydığı məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 386,7 milyon manat və yaxud 6,3% çoxdur.
AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG yataqlar bloku üzrə səhmdarlardan biri də SOCAR-dır. Şirkət yataqlar bloku üzrə 31,65% paya malikdir.
Тег #Azəri-Çıraq-Günəşli yatağı используется
- Azərbaycanın əsas neft yataqlarından biri üzrə yeni maliyyə göstəriciləri açıqlanıb - Baku TV
- 6 ayda tarixi göstərici | AÇG-dən SOCAR-a verilən səmt qazının həcmi artdı - Baku TV
- SOCAR AÇG layihəsində "Itochu"ya məxsus iştirak payını aldı - Baku TV
- ARDNF Azərbaycanın "Azəri-Çıraq-Günəşli" neft yatağı bloku ilə bağlı açıqlama yaydı - Baku TV
- Hasilatın neçə tonu “Azəri-Çıraq-Günəşli”nin payına düşüb? - Baku TV
