Выбрать плеер:

Bakının siyasi nüfuzu yeni qazanclara yol açır? - Baku TV

16 октября 2026 193 просмотров

Asiya dünyanın iqtisadi ağırlıq mərkəzinə çevrilir. Azərbaycan isə bu coğrafiyanın aparıcı güclərini bir araya gətirən platformada sədrliyi və diplomatik fəallığı ilə diqqət çəkir. Hindistan-Pakistan, İran və İsrail arasında ziddiyyətlərin mövcud olduğu bir şəraitdə bu əməkdaşlığın nə dərəcədə effektiv olacağı və Azərbaycanın hansı iqtisadi dividendlər əldə edə biləcəyi maraq doğurur.

İqtisadçı Emin Qəribli hesab edir ki, belə platformalar beynəlxalq iqtisadi münasibətlərin yeni modelinin formalaşmasına və orta güclər arasında əməkdaşlığın genişlənməsinə şərait yaradır.

Onun sözlərinə görə, ənənəvi beynəlxalq iqtisadi institutların təsir imkanlarının zəiflədiyi bir dövrdə alternativ əməkdaşlıq formatlarının əhəmiyyəti artır:

“Dünyada yeni təşkilatların yarandığını və köhnə sistemə alternativlərin formalaşdırılmasına cəhdlər edildiyini görürük. Bu platformanın nisbətən kiçik ölkələr tərəfindən yaradılması və orta güclərin əməkdaşlığına əsaslanması onun dayanıqlılığı baxımından əhəmiyyətlidir”.

İqtisadçı Azərbaycanın bu platformadakı mövqeyinin nəqliyyat-logistika əlaqələrinin inkişafı, investisiyaların cəlb edilməsi və rəqəmsal infrastrukturun gücləndirilməsi baxımından mühüm imkanlar yaratdığını vurğulayıb.

“Şərq ölkələri Avropa ilə ticarət əlaqələrini genişləndirmək üçün Orta Dəhlizə xüsusi əhəmiyyət verir. Bu tədbirlərin Azərbaycanda keçirilməsi həmin marşruta diqqətin artırılmasına və yeni investisiyaların cəlbinə xidmət edə bilər. Burada söhbət təkcə maliyyədən deyil, həm də yeni texnologiyalardan və rəqəmsal sistemlərin qurulmasından gedir”, – Emin Qəribli bildirib.

Скопировано
Banner
Dövlət şirkətləri büdcəyə nə qazandıracaq? - Baku TV

Dövlət şirkətləri büdcəyə nə qazandıracaq? - Baku TV

İqtisadiyyat
22 октября 2026 193 просмотров
900 milyonluq dividend proqnozu

900 milyonluq dividend proqnozu

İqtisadiyyat
22 октября 2026 193 просмотров
Bankın böyük layihələri sırasında SOCAR yer alıb - Baku TV

Bankın böyük layihələri sırasında SOCAR yer alıb - Baku TV

İqtisadiyyat
22 октября 2026 193 просмотров
Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV

Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV

İqtisadiyyat
22 октября 2026 193 просмотров
“Azəriqaz” İB-nin xidmət sahələri ilə bağlı müraciəti olan sakinlərin diqqətinə - Baku TV

“Azəriqaz” İB-nin xidmət sahələri ilə bağlı müraciəti olan sakinlərin diqqətinə - Baku TV

İqtisadiyyat
21 октября 2026 193 просмотров
SOCAR-ın yeni vitse-prezidentindən açıqlama | Boru kəmərləri kimlər üçün vacibdir? - Baku TV

SOCAR-ın yeni vitse-prezidentindən açıqlama | Boru kəmərləri kimlər üçün vacibdir? - Baku TV

İqtisadiyyat
21 октября 2026 193 просмотров
Azərbaycanın ən böyük neft yataqlar bloku 2049-cu ilin sonunadək işlənəcək - Baku TV

Azərbaycanın ən böyük neft yataqlar bloku 2049-cu ilin sonunadək işlənəcək - Baku TV

İqtisadiyyat
21 октября 2026 193 просмотров
2026-cı ilin yanvar-sentyabr aylarında karbamid istehsalı barədə rəqəmlər açıqlanıb - Baku TV

2026-cı ilin yanvar-sentyabr aylarında karbamid istehsalı barədə rəqəmlər açıqlanıb - Baku TV

İqtisadiyyat
21 октября 2026 193 просмотров
SOCAR-ın istehsal etdiyi metanol Azərbaycanın ixracında hansı rol oynayır? - Baku TV

SOCAR-ın istehsal etdiyi metanol Azərbaycanın ixracında hansı rol oynayır? - Baku TV

İqtisadiyyat
20 октября 2026 193 просмотров
Özbəkistan Prezidenti SOCAR və BP rəsmiləri ilə görüşdü - Baku TV

Özbəkistan Prezidenti SOCAR və BP rəsmiləri ilə görüşdü - Baku TV

İqtisadiyyat
20 октября 2026 193 просмотров
Выбранные
icon