Kreditlərin verilməsi ilə bağlı yenilik | Ekspert yeni mexanizm barədə detalları açıqladı - Baku TV
“Azərbaycanda könüllü kredit qadağası mexanizminin tətbiqi üzrə işlər yekunlaşma mərhələsindədir. Bu mexanizm vasitəsilə vətəndaşlar öz adlarına məsafədən kreditlərin verilməsinə məhdudiyyət qoymaq imkanı əldə etmiş olacaqlar”.
Bu barədə Mərkəzi Bankının sədrinin müavini Toğrul Əliyev məlumat verib.
O bildirib ki, bu mexanizm fırıldaqçılıq hallarının və risklərin əhəmiyyətli dərəcədə azalmasına imkan verəcək.
İqtisadçı Rəşad Həsənov isə deyir ki, yeni mexanizmin fırıldaqçılıq halları ilə mübarizədə effektivliyi vətəndaşların ondan səmərəli istifadə etdiyi təqdirdə mümkündür:
“Həmin mexanizm “Elektron hökumət” portalı çərçivəsində fəaliyyət göstərəcək və vətəndaşlar öz kredit götürmə hüquqlarını məhdudlaşdıra, eyni zamanda aktivləşdirə biləcəklər. Düşünürəm ki, fərqli dövrlər üzrə seçimlər təqdim olunacaq – üç aylıq, altı aylıq, bir illik, beş illik və s. Bu müddət ərzində aktivləşdirmə hüququ yenə də vətəndaşın özündə qalacaq. Lakin bu mexanizm vətəndaşın özünün birbaşa nəzarətindən və istəyindən kənar olaraq, sui-istifadə halları nəticəsində kənar şəxslər tərəfindən onun adına kredit götürülməsinin qarşısını alacaq”.
Hüquqşünas Əkrəm Həsənov isə hesab edir ki, məsafədən verilən kreditlərlə bağlı yaranan problemləri kredit müqavilələrində bunu nəzərdə tutan bəndləri çıxarmaqla da aradan qaldırmaq olar.
Qeyd edək ki, könüllü kredit qadağası mexanizmi bir sıra ölkələrdə tətbiq olunur. Ölkəmizdə isə bu mexanizm istehlakçılara əvvəlcədən vahid platforma üzərindən, müraciət etməklə öz adlarına məsafədən kredit rəsmiləşdirilməsinə qadağa qoymaq imkanı verəcək. Bu halda heç bir kredit təşkilatı və ya bankın, vətəndaşın hesabı kənar şəxslər tərəfindən ələ keçirilsə belə, onun adına məsafədən kredit təsdiqləməsi və ya kredit limitini artırması mümkün olmayacaq.
Тег #Mərkəzi Bank используется
- Vətəndaşlar kredit almaq imkanını özləri məhdudlaşdıra biləcəklər
- Ev almaq, yoxsa pulu banka qoyub kirayədə qalmaq daha sərfəlidir? - Baku TV
- Manatla bağlı vacib açıqlama | "Dolların məzənnəsinin dəyişməsinə görə..." - Baku TV
- 2026-cı il üçün iqtisadi artımla bağlı gözləntilər necədir? - Baku TV
- Banklara pul qoyanların sayı nə qədər artıb?
