Выбрать плеер:

Qazaxıstan neftinin daşınmasında tranzit həcm 4 milyon tona çatıb - Baku TV

18 марта 2026 31 просмотров

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "KazMunayQaz" (KMG) şirkəti Azərbaycan üzərindən Qazaxıstan neftinin daşınması layihəsini uğurla davam etdirərək tranzit həcmini 4 milyon tona çatdırıblar.

Qazaxıstan neftinin 427-ci partiyası "Prezident Heydər Əliyev" tankeri ilə martın 12-də Aktau limanından çıxıb və martın 13-də "Azərtrans" Səngəçal terminalına çatıb.

Bu günədək tranzit edilən həcmdən 3,8 milyon ton "Tengiz" yatağının, 200 min ton isə "Kaşağan" yatağının payına düşür.

Qeyd edək ki, "Tengiz" neftinin ilk partiyası 23 mart 2023-cü ildə, "Kaşağan" neftinin ilk partiyası isə 27 yanvar 2025-ci ildə Aktaudan Bakıya çatdırılıb. Aktau limanından Səngəçal terminalına tədarük edilən Qazaxıstan nefti sonradan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə Ceyhan limanına nəql edilir, oradan dünya bazarlarına göndərilir.

Layihədə Azərbaycan tərəfini SOCAR-ın törəmə müəssisəsi "SOCAR Midstream Operations" MMC təmsil edir.

Qeyd edək ki, BTC-nin hazırkı ötürmə gücü gündə 1,2 milyon barel və ya ildə 50 milyon ton təşkil edir. 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2025-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 619 milyon ton (4,7 milyard bareldən çox) xam neft nəql edilmiş və Ceyhanda 6145 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Скопировано
Kreditlərin verilməsi ilə bağlı yenilik | Ekspert yeni mexanizm barədə detalları açıqladı - Baku TV

Kreditlərin verilməsi ilə bağlı yenilik | Ekspert yeni mexanizm barədə detalları açıqladı - Baku TV

İqtisadiyyat
18 марта 2026 31 просмотров
Abşeronda “şambo”lara son qoyacaq nəhəng kollektor tikilir

Abşeronda “şambo”lara son qoyacaq nəhəng kollektor tikilir

İqtisadiyyat
18 марта 2026 31 просмотров
Qırğızıstan SOCAR-la tərəfdaşlığın genişləndirilməsində maraqlıdır - Baku TV

Qırğızıstan SOCAR-la tərəfdaşlığın genişləndirilməsində maraqlıdır - Baku TV

İqtisadiyyat
18 марта 2026 31 просмотров
SOCAR və IE Universiteti arasındakı əməkdaşlıq çərçivəsində vacib tədbir - Baku TV

SOCAR və IE Universiteti arasındakı əməkdaşlıq çərçivəsində vacib tədbir - Baku TV

İqtisadiyyat
18 марта 2026 31 просмотров
Azərbaycan iqtisadiyyatının malik olduğu imkanlar | Ekspertlərdən açıqlama - Baku TV

Azərbaycan iqtisadiyyatının malik olduğu imkanlar | Ekspertlərdən açıqlama - Baku TV

İqtisadiyyat
17 марта 2026 31 просмотров
Azərbaycanla müqavilələr Bolqarıstanı Aİ ölkələrindən fərqləndirib - Baku TV

Azərbaycanla müqavilələr Bolqarıstanı Aİ ölkələrindən fərqləndirib - Baku TV

İqtisadiyyat
17 марта 2026 31 просмотров
Böyük layihədə yeni mərhələ: Hasilatın başlanma vaxtı açıqlanıb - Baku TV

Böyük layihədə yeni mərhələ: Hasilatın başlanma vaxtı açıqlanıb - Baku TV

İqtisadiyyat
17 марта 2026 31 просмотров
SOCAR "Palmali"nin qaldırdığı iddialarla bağlı arbitraj prosesində qalib gəldi - Baku TV

SOCAR "Palmali"nin qaldırdığı iddialarla bağlı arbitraj prosesində qalib gəldi - Baku TV

İqtisadiyyat
16 марта 2026 31 просмотров
Azərbaycan proqnozlaşdırıla bilən qiymət tərəfdarıdır | Ekspertlər nələri açıqladı? - Baku TV

Azərbaycan proqnozlaşdırıla bilən qiymət tərəfdarıdır | Ekspertlər nələri açıqladı? - Baku TV

İqtisadiyyat
16 марта 2026 31 просмотров
Elşad Nəsirov İndoneziya səfiri ilə görüşdü | Qarşılıqlı əməkdaşlıq müzakirə olunub - Baku TV

Elşad Nəsirov İndoneziya səfiri ilə görüşdü | Qarşılıqlı əməkdaşlıq müzakirə olunub - Baku TV

İqtisadiyyat
14 марта 2026 31 просмотров
Выбранные
icon