SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV
Узнавайте о новостях первыми
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Əlcəzairin "Sonatrach" şirkəti arasında neft və neft-kimya məhsullarının ticarəti imkanları müzakirə olunub.
Bunu Azərbaycanın energatika naziri Pərviz Şahbazov "X" sosial şəbəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, Moskvada Əlcəzairin dövlət naziri, karbohidrogenlər naziri Məhəmməd Arkabla görüşdə energetika sahəsində əməkdaşlığın inkişafı, Birgə İşçi Qrupunun və Birgə Komissiyanın qarşıdakı iclasları müzakirə olunub.
Xatırladaq ki, Azərbaycan və Əlcəzair arasında energetika sahəsində strateji anlaşma memorandumu 2022-ci ilin noyabrın 29-da imzalanıb və 2026-cı ilin mayında təsdiq edilib. Sənəd çərçivəsində SOCAR-ın Azərbaycan yüngül neftinin və digər neft növlərinin İtaliyada fəaliyyət göstərən "Sonatrach Raffineria Italiana" şirkətinə uzunmüddətli tədarükün həyata keçirilməsi nəzərdə tutulub.
