Выбрать плеер:
Baku TV "İDMANDA QAL" adlı yeni layihəyə start verir
Baku TV ölkədə idmanın inkişafına, gənclərin sağlam həyat tərzinə həvəsləndirilməsinə və milli idmançıların uğurlarının çatdırılmasına xidmət edən "İDMANDA QAL" adlı yeni televiziya layihəsinə başlayır. Verilişdə müxtəlif idman növləri üzrə aktual mövzular, yarışlar, idman siyasəti və fərqlənən gənc idmançılarla eksklüziv müsahibələr təqdim olunacaq. Layihənin ilk buraxılışının qonağı gənclər və idman naziri Fərid Qayıbov olub. Əsas məqsəd peşəkar və kütləvi idmanın təbliği, həmçinin gənc nəslin sosial fəallığının artırılmasıdır.
Скопировано