Baku TV və “Özbəkistan 24” arasında əməkdaşlıq memorandumu imzalanıb
Azərbaycanın aparıcı media qurumlarından olan "Baku TV" ilə Özbəkistanın nüfuzlu "Özbəkistan 24" telekanalı arasında mühüm əməkdaşlıq sənədi imzalanıb.
17 oktyabr 2025-ci il tarixində Daşkənd şəhərində baş tutan mərasimdə tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.
Sənədi "Baku TV"-nin direktoru Ramin Cəfərov və "Özbəkistan 24" kanalının rəhbəri Məmədəmin Səfərov imzalayıblar.
Tədbirdə "Global Media Group"un İdarə Heyətinin üzvü Orxan Məmmədov və Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak ediblər.
Bu memorandumun məqsədi iki qardaş ölkə arasında media sahəsində əlaqələri genişləndirmək, peşəkar təcrübə mübadiləsi aparmaq, birgə layihələr həyata keçirmək və informasiya dəstəyini gücləndirməkdir.
Скопировано