Выбрать плеер:

ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Bakıda - Baku TV

09 февраля 2026 24 просмотров

Prezident İlham Əliyev fevralın 9-da ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Söhbət zamanı Prezident İlham Əliyevlə ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının nümayəndələrinin əvvəlki görüşləri məmnunluqla xatırlanıb.

Qəbula görə dövlət başçısına minnətdarlığını bildirən Betsi Berns Korn Azərbaycanın strateji əhəmiyyətini, həmçinin ABŞ və İsraillə yaxşı əlaqələrini nəzərə alaraq əməkdaşlığın genişləndirilməsi baxımından məsələlərin müzakirəsi üçün böyük nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlməkdən məmnunluğunu ifadə edib.

Betsi Berns Korn ötən ilin avqustunda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. O bu məsələdə Azərbaycan Prezidentinin nümayiş etdirdiyi liderliyi və ABŞ Prezidentinin göstərdiyi səyləri xüsusi vurğulayıb.

Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirərək, nailiyyətlərin əldə olunmasında ABŞ Prezidenti Donald Trampın roluna toxunub. Azərbaycan və Ermənistan tərəfinin artıq sülh şəraitində yaşamağa öyrəşdiklərini deyən Prezident İlham Əliyev bölgədə sülh və sabitliyin təmin edilməsinin regionun inkişafına mühüm töhfə verəcəyini vurğulayaraq, TRIPP və digər bağlantı layihələrinin regional əməkdaşlığın genişləndirilməsi baxımından önəmini qeyd edib.

Donald Trampın hakimiyyətə gəlməsindən sonra Azərbaycan-ABŞ əlaqələrinin uğurla inkişaf etdiyini bildirən dövlət başçısı son 6 ayda ABŞ Prezidenti ilə bir neçə dəfə görüşməsini ikitərəfli münasibətlərimizin tarixində ilk nümunə olduğunu deyib.

Görüşdə Azərbaycanda tarixən tolerant mühitin hökm sürdüyü qeyd edilib, digər xalqların nümayəndələrinə olduğu kimi yəhudilərə də göstərilən dövlət qayğısına toxunulub.

Скопировано
Prezident İlham Əliyev bu şirkətlərin rəhbər şəxslərini qəbul etdi - Baku TV

Prezident İlham Əliyev bu şirkətlərin rəhbər şəxslərini qəbul etdi - Baku TV

Siyasət
09 февраля 2026 24 просмотров
İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi - Baku TV

İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi - Baku TV

Siyasət
09 февраля 2026 24 просмотров
Cey Di Vens Bakıya nə vaxt gəlir? - Baku TV CANLI

Cey Di Vens Bakıya nə vaxt gəlir? - Baku TV CANLI

Siyasət
09 февраля 2026 24 просмотров
Şərq-Qərb magistralı 2030-cu ildə Azərbaycan sərhədlərinədək tamamlanacaq

Şərq-Qərb magistralı 2030-cu ildə Azərbaycan sərhədlərinədək tamamlanacaq

Siyasət
09 февраля 2026 24 просмотров
Vensin Azərbaycana səfər tarixi | TRIPP layihəsi və sülh danışıqları - YENİ BİR SƏHƏR

Vensin Azərbaycana səfər tarixi | TRIPP layihəsi və sülh danışıqları - YENİ BİR SƏHƏR

Siyasət
09 февраля 2026 24 просмотров
ABŞ-nin vitse-prezidentinin Azərbaycana səfərinin tarixi məlum olub - Baku TV

ABŞ-nin vitse-prezidentinin Azərbaycana səfərinin tarixi məlum olub - Baku TV

Siyasət
09 февраля 2026 24 просмотров
Qərbi Azərbaycan İcması bəyanat yaydı - Baku TV

Qərbi Azərbaycan İcması bəyanat yaydı - Baku TV

Siyasət
08 февраля 2026 24 просмотров
Ceyhun Bayramov Hakan Fidanla nələri müzakirə etdi? - Baku TV

Ceyhun Bayramov Hakan Fidanla nələri müzakirə etdi? - Baku TV

Siyasət
08 февраля 2026 24 просмотров
Qarabağdan Dumlupınara: 2 ölkənin tarixində iz qoyan azərbaycanlı zabit kim idi? - QARABAĞ XRONİKASI

Qarabağdan Dumlupınara: 2 ölkənin tarixində iz qoyan azərbaycanlı zabit kim idi? - QARABAĞ XRONİKASI

Siyasət
08 февраля 2026 24 просмотров
Bir sıra müəssisələr və şəhid ailəsi ziyarət olundu - Baku TV

Bir sıra müəssisələr və şəhid ailəsi ziyarət olundu - Baku TV

Siyasət
08 февраля 2026 24 просмотров
Выбранные
icon