Выбрать плеер:

ADEX 2026-da silah, yoxsa texnologiya danışılacaq? | Müdafiə sənayesində yeni Azərbaycan modeli

30 августа 2026 172 просмотров

“Hərbi xronika”nın budəfəki buraxılışında “ADEX 2026” sərgisinin Azərbaycanın müdafiə sənayesi üçün əhəmiyyəti, milli müdafiə sənayesinin təqdimatında yeni yanaşma və beynəlxalq hərbi-texniki əməkdaşlığın genişlənməsi təhlil olunub.

Bildirilib ki, 30 sentyabr–2 oktyabr tarixlərində keçiriləcək “ADEX 2026” əvvəlki sərgilərdən miqyasına görə fərqlənəcək. İlk dəfə 5-ci pavilyondan istifadə olunacaq, 20-dən çox ölkədən 200-dən artıq şirkət və 26 ölkədən 32 rəsmi nümayəndə heyətinin iştirakı gözlənilir.

Qeyd olunub ki, sərginin Azərbaycan üçün əsas yeniliyi 4-cü pavilyonun bütövlükdə milli ekspozisiyaya ayrılmasıdır. Burada dövlət qurumları, hərbi-sənaye strukturları, elmi və təhsil müəssisələri, texnologiya şirkətləri, kosmik və mina təhlükəsizliyi sahəsində fəaliyyət göstərən qurumlar vahid sistem çərçivəsində təqdim olunacaq.

Vurğulanıb ki, müasir müdafiə sənayesi artıq yalnız silah, sursat və hərbi texnikanın istehsalı ilə məhdudlaşmır. Proqram təminatı, mühəndislik, süni intellekt, sensorlar, rabitə, C4ISR, radioelektron mübarizə və kibertəhlükəsizlik kimi texnologiyalar da milli müdafiə potensialının mühüm hissəsinə çevrilir.

Bildirilib ki, “ADEX 2026” beynəlxalq hərbi sənaye əməkdaşlığı baxımından da diqqət çəkir. ABŞ-nin “Lockheed Martin” və “SIG SAUER” şirkətləri ilk dəfə sərgidə iştirak edəcək, Almaniyanın “Rheinmetall” şirkəti də iştirakçılar sırasında olacaq. İsrailin aerokosmik və müdafiə sənayesi şirkəti isə hava və raket müdafiəsi, radioelektron mübarizə və radar sistemləri ilə yanaşı, yerli sənayenin inkişafı və texnologiya transferini də ön plana çıxarır.

Nəticə etibarilə, “ADEX 2026”da Azərbaycanın əsas mesajı yalnız yeni silah nümunələrinin nümayişi olmayacaq. Sərgi ölkənin müdafiə sənayesində istehsal, texnologiya, elm, təhsil və rəqəmsal imkanları vahid sistemdə birləşdirən daha geniş milli potensial formalaşdırdığını göstərmək baxımından əhəmiyyət daşıyacaq.

Скопировано
İran şərtlərini masaya qoydu: ABŞ güzəştə gedəcək? - AKTUAL GÜNDƏM

İran şərtlərini masaya qoydu: ABŞ güzəştə gedəcək? - AKTUAL GÜNDƏM

Siyasət
22 сентября 2026 172 просмотров
İrəvan Rusiya qazından imtina edib Azərbaycana üz tutacaq? - Baku TV CANLI

İrəvan Rusiya qazından imtina edib Azərbaycana üz tutacaq? - Baku TV CANLI

Siyasət
22 сентября 2026 172 просмотров
Ukraynadan Rusiyaya təklif | Milyardlarla insan çirklənmiş hava ilə nəfəs alır - YENİ BİR SƏHƏR

Ukraynadan Rusiyaya təklif | Milyardlarla insan çirklənmiş hava ilə nəfəs alır - YENİ BİR SƏHƏR

Siyasət
22 сентября 2026 172 просмотров
Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV

Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV

Siyasət
21 сентября 2026 172 просмотров
Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV

Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV

Siyasət
21 сентября 2026 172 просмотров
Ermənilərin Alban kilsələrinə iddiası nə məqsəd daşıyır? - Baku TV

Ermənilərin Alban kilsələrinə iddiası nə məqsəd daşıyır? - Baku TV

Siyasət
21 сентября 2026 172 просмотров
Azərbaycan və Özbəkistan hərbçiləri birgə təlim keçirəcək - Baku TV CANLI

Azərbaycan və Özbəkistan hərbçiləri birgə təlim keçirəcək - Baku TV CANLI

Siyasət
21 сентября 2026 172 просмотров
Bakıda önəmli tədbirin açılış mərasimi keçirildi

Bakıda önəmli tədbirin açılış mərasimi keçirildi

Siyasət
21 сентября 2026 172 просмотров
Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV

Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV

Siyasət
21 сентября 2026 172 просмотров
İran və Çin faktoru: Husi-Səudiyyə gərginliyinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

İran və Çin faktoru: Husi-Səudiyyə gərginliyinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Siyasət
21 сентября 2026 172 просмотров
Выбранные
icon