Выбрать плеер:
AZAL təyyarəsinin qəzası barədə Qazaxıstandan son dəqiqə məlumatı
“Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğramasına dair aparılan araşdırmalar toplanmış materialların tədqiqatı mərhələsindədir.
Bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev məlumat verib.
“Araşdırma çərçivəsində bizim mütəxəssislərimiz cəlb edilmiş xarici ekspertlərlə, həmçinin Beynəlxalq Mülki Aviasiya Təşkilatı ilə birlikdə Bakıda, Qroznıda və Rostovda olublar. Materiallar tədqiqat üçün Qazaxıstandadır”, ‒ M.Karabayev bildirib.
Скопировано
