Azərbaycan–Ermənistan sülhü: Sevinc, ümid və şübhələr | GLOBAL PANORAMA
“Global Panorama” verilişinin yeni buraxılışı yayımlanıb.
Bu dəfə Prezident İlham Əliyev, ABŞ lideri Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtondakı görüşündən bəhs olunub.
Bildirilib ki, 8 avqust 2025-ci ildə Ağ Evdə imzalanan sənəd 35 illik münaqişəni həm hərbi, həm də siyasi baxımdan sonlandırmaq üçün atılmış ən mühüm addım olub.
Sözügedən razılaşma iki ölkə arasında sülh aktı deyil. Bu, Cənubi Qafqaz regionunun geosiyasi xəritəsini dəyişdirəcək sənəddir.
Razılaşmanın əsas maddələrindən biri Azərbaycan ərazisini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlıdır.
Sazişin qüvvəyə minməsi üçün qarşıda hər iki ölkə parlamentində ratifikasiya, sərhədlərin delimitasiyası və demarkasiyası, həmçinin iqtisadi və kommunikasiya layihələrinin icrası mərhələləri dayanır.
Bütün bu proseslər uğurla başa çatarsa, regionda uzun illər sonra davamlı sülh və genişmiqyaslı əməkdaşlıq dövrünə qədəm qoyulacaq.
Тег #İlham Əliyev используется
- İlham Əliyevdən Sidneydəki terror aktı ilə bağlı başsağlığı - Baku TV CANLI
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürüb - Baku TV
- 500 milyard dollarlıq “yarış” başladı | Bu ölkə də ümidini Azərbaycana bağladı - YEKUNLAŞDIRAQ
- İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevi yad etdilər
- İlham Əliyev və Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər - Baku TV
