Выбрать плеер:

Azərbaycan, İran və Braziliya XİN başçıları nələri müzakirə etdi? - Baku TV

24 марта 2026 118 просмотров

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı regional vəziyyət müzakirə olunub.

Nazirlər bölgədə hərbi eskalasiyaya son qoyulması istiqamətində mümkün səylər ətrafında fikir mübadiləsi aparıblar. Bununla yanaşı, Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunmasının əhəmiyyəti vurğulanıb.

Ceyhun Bayramov İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları üzrə araşdırmanın tamamlanması istiqamətində rəsmi Bakının gözləntilərini bir daha diqqətə çatdırıb.

C.Bayramov həmçinin Braziliyanın xarici işlər naziri Mauro Vieyra ilə də Yaxın Şərqdə davam edən müharibəni müzakirə edib. Nazirlər bununla bağlı ciddi narahatlıqlarını ifadə edərək vəziyyətin daha da gərginləşməsinin qarşısının alınmasının vacibliyini vurğulayıblar.

Braziliya tərəfi İran ərazisindən Azərbaycana qarşı həyata keçirilmiş dron hücumu ilə bağlı ölkəmizlə həmrəyliyini ifadə edib.

Braziliyalı nazir həmçinin mövcud təhlükəsizlik vəziyyətində vətəndaşlarının və diplomatların İrandan təxliyəsi istiqamətində göstərilmiş dəstəyə görə ölkəmizə dərin minnətdarlığını bildirib.

Eyni zamanda, iqlim gündəliyi üzrə əməkdaşlıq, habelə COP29 və COP30 çərçivəsində birgə əlaqələndirmə məsələləri müzakirə olunub.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Biləcəridən Ermənistana yola salınan qatarla nələr daşındı? - Baku TV

Biləcəridən Ermənistana yola salınan qatarla nələr daşındı? - Baku TV

Siyasət
01 апреля 2026 118 просмотров
Maksim Prevo belçikalıların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib - Baku TV

Maksim Prevo belçikalıların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib - Baku TV

Siyasət
01 апреля 2026 118 просмотров
“Köçəryanı ayaqyalın həbsxanaya atmaq lazımdır” | Ara Xudaverdyan

“Köçəryanı ayaqyalın həbsxanaya atmaq lazımdır” | Ara Xudaverdyan

Siyasət
31 марта 2026 118 просмотров
Həlak olan minatəmizləyənlərin ailələrinə Prezident təqaüdü veriləcək - Baku TV

Həlak olan minatəmizləyənlərin ailələrinə Prezident təqaüdü veriləcək - Baku TV

Siyasət
31 марта 2026 118 просмотров
Bozyoxuş, Boz Kaha, Bozkosa-türk tarixinin izi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Bozyoxuş, Boz Kaha, Bozkosa-türk tarixinin izi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
31 марта 2026 118 просмотров
ABŞ aviadaşıyıcıları İran sahillərindən 1000 kilometr niyə geri çəkilib? | AKTUAL GÜNDƏM

ABŞ aviadaşıyıcıları İran sahillərindən 1000 kilometr niyə geri çəkilib? | AKTUAL GÜNDƏM

Siyasət
31 марта 2026 118 просмотров
Reallaşmamış plan: MOSSAD İranda rejimi niyə devirə bilmədi? - AKTUAL GÜNDƏM

Reallaşmamış plan: MOSSAD İranda rejimi niyə devirə bilmədi? - AKTUAL GÜNDƏM

Siyasət
31 марта 2026 118 просмотров
Prezident və xanımının sosial media hesablarında Soyqırımı Günü ilə bağlı paylaşım edildi - Baku TV

Prezident və xanımının sosial media hesablarında Soyqırımı Günü ilə bağlı paylaşım edildi - Baku TV

Siyasət
31 марта 2026 118 просмотров
Azərbaycan və İran XİN rəhbərləri nəyi müzakirə etdilər? - Baku TV

Azərbaycan və İran XİN rəhbərləri nəyi müzakirə etdilər? - Baku TV

Siyasət
31 марта 2026 118 просмотров
Türkiyəyə ballistik raket atılmasını qətiyyətlə pisləyirik | Azərbaycan Müdafiə Nazirliyi

Türkiyəyə ballistik raket atılmasını qətiyyətlə pisləyirik | Azərbaycan Müdafiə Nazirliyi

Siyasət
30 марта 2026 118 просмотров
Выбранные
icon