Выбрать плеер:

İlham Əliyev Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı - Baku TV

30 марта 2026 93 просмотров

Prezident İlham Əliyev Xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb.

Mətndə deyilir: "Azərbaycan mədəni ictimaiyyətinə ağır itki üz verib. Milli kino sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Prezidentin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Balayev ömrünün 78-ci ilində vəfat edib.

Rasim Balayev 1972-ci ildən etibarən "Azərbaycanfilm" kinostudiyasının aktyoru olub, eyni zamanda 1990-cı ildən Azərbaycan Kinematoqrafçılar İttifaqı idarə heyətinin birinci katibi vəzifəsini tutub, 2022-ci ildə isə İttifaqın sədri seçilib.

"Azərbaycanfilm" kinostudiyasına gəldiyi ilk vaxtlardan istedadlı aktyor kimi tanınan Rasim Balayev özünəməxsus ifa tərzi və yüksək səhnə mədəniyyəti sayəsində qısa müddət ərzində kino həvəskarlarının qəlbinə yol tapıb. Azərbaycan kino sənətinin parlaq ənənələrindən ustalıqla faydalanan sənətkar olaraq Rasim Balayevin keçdiyi yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində xüsusi bir mərhələ təşkil edir.

Onun baş rollarda çəkildiyi filmlər Azərbaycan kinosunun qızıl fonduna daxildir. Sənətkarın ifasında əfsanəvi Babək və Nəsimi obrazları Azərbaycan kinematoqrafiyasının xüsusilə böyük uğurlarından hesab edilir.

Rasim Balayevin milli kino mədəniyyətinin inkişafı sahəsindəki xidmətləri layiqincə qiymətləndirilib. O, müxtəlif illərdə yüksək dövlət mükafatlarına və fəxri adlara layiq görülüb, müstəqil Azərbaycanın ali mükafatlarından olan "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenləri ilə təltif edilib.

Görkəmli sənətkar, qayğıkeş və təvazökar insan Rasim Balayevin işıqlı xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq. Allah rəhmət eləsin!”.

Скопировано
Zəngəzur dəhlizi postmünaqişə diplomatiyasının əsas layihəsinə çevrilir? - AKTUAL GÜNDƏM

Zəngəzur dəhlizi postmünaqişə diplomatiyasının əsas layihəsinə çevrilir? - AKTUAL GÜNDƏM

Siyasət
03 апреля 2026 93 просмотров
Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib - Baku TV

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib - Baku TV

Siyasət
03 апреля 2026 93 просмотров
Bakıda TDT hökumət başçılarının görüşü başa çatdı | Bəyanat qəbul olundu - Baku TV

Bakıda TDT hökumət başçılarının görüşü başa çatdı | Bəyanat qəbul olundu - Baku TV

Siyasət
02 апреля 2026 93 просмотров
Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşdü | Nələr müzakirə edildi? - Baku TV

Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşdü | Nələr müzakirə edildi? - Baku TV

Siyasət
02 апреля 2026 93 просмотров
İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığı baş tutub - Baku TV

İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığı baş tutub - Baku TV

Siyasət
02 апреля 2026 93 просмотров
İlham Əliyev türk birliyi haqqında danışdı | "Bu, çox unikal hadisədir" - Baku TV

İlham Əliyev türk birliyi haqqında danışdı | "Bu, çox unikal hadisədir" - Baku TV

Siyasət
02 апреля 2026 93 просмотров
İranda 450 kq zənginləşdirilmiş uranın ələ keçirilməsi planının detalları - AKTUAL GÜNDƏM

İranda 450 kq zənginləşdirilmiş uranın ələ keçirilməsi planının detalları - AKTUAL GÜNDƏM

Siyasət
02 апреля 2026 93 просмотров
Qardaş dəstəyi Qarabağı dirçəldir | Prezidentdən qardaş ölkələrə minnətdarlıq mesajı - Baku TV

Qardaş dəstəyi Qarabağı dirçəldir | Prezidentdən qardaş ölkələrə minnətdarlıq mesajı - Baku TV

Siyasət
02 апреля 2026 93 просмотров
"Yeni bir dəhlizin açılması ölkələrimiz üçün böyük önəm daşıyır" | İlham Əliyev - Baku TV

"Yeni bir dəhlizin açılması ölkələrimiz üçün böyük önəm daşıyır" | İlham Əliyev - Baku TV

Siyasət
02 апреля 2026 93 просмотров
Tramp İranı daş dövrünə qaytaracağını deyir: ABŞ Tehrana qarşı nüvə silahından istifadə edəcək?

Tramp İranı daş dövrünə qaytaracağını deyir: ABŞ Tehrana qarşı nüvə silahından istifadə edəcək?

Siyasət
02 апреля 2026 93 просмотров
Выбранные
icon