Выбрать плеер:

Putin və Paşinyan arasında görüş keçirildi | Nələr müzakirə olundu? - Baku TV

01 апреля 2026 31 просмотров

“Ermənistanın Baş naziri Nikol Paşinyanın və Azərbaycan Prezidenti İlham Əliyevin səyləri sayəsində İrəvan və Bakı arasında münasibətlərin sabitləşməsinə nail olunub”.

Bu barədə Rusiya lideri Vladimir Putin Kremldə N.Paşinyanla görüşündə bildirib.

V.Putin həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasında ABŞ Prezidenti Donald Trampın fəal iştirakını xatırladıb.

O əlavə edib ki, Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınmasından sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı digər ölkələrin daxili proseslərinə müdaxilə etməməlidir.

V.Putin Ermənistanın Avropa İttifaqı ilə münasibətlərinə də toxunub.

"Biz görürük ki, Ermənistanda Avropa İttifaqı ilə münasibətlərin inkişafı barədə müzakirələr gedir. Biz buna tamamilə sakit yanaşırıq. Başa düşürük ki, hər bir ölkə üçüncü ölkələrlə əməkdaşlıqdan maksimum üstünlüklər əldə etməyə çalışır. Lakin bu, aydın və ədalətli olmalıdır, necə deyərlər, əvvəlcədən, hələ işin başında deyilməlidir: Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı ilə gömrük ittifaqında olmaq qeyri-mümkündür. Bu, sadəcə olaraq, mahiyyətcə mümkün deyil və məsələ heç siyasətdə də deyil, məsələ sırf iqtisadi xarakter daşıyır", – deyə V.Putin əlavə edib.

"Azərbaycanla sülh İrəvan-Moskva münasibətlərinə müsbət təsir göstərir".

Bunu isə Ermənistanın Baş naziri Nikol Paşinyan söyləyib.

O həmçinin Ermənistanın tezliklə Azərbaycan vasitəsilə Rusiyaya mal ixrac edəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.

Qeyd edib ki, Azərbaycan ərazisindən dəmir yolu daşımaları Ermənistanla Rusiya arasında iqtisadi münasibətlərin inkişafına kömək edir.

Görüşdə tərəflər Rusiya-Ermənistan strateji tərəfdaşlığının mövcud vəziyyəti və perspektivləri, əsas regional məsələlər, eləcə də Cənubi Qafqazda iqtisadi, nəqliyyat və logistika əlaqələrinin inkişafını müzakirə edib.

Regional gərginlik fonunda əməkdaşlıq qaçılmazdır - RƏSMİLƏR

Regional gərginlik fonunda əməkdaşlıq qaçılmazdır - RƏSMİLƏR

Siyasət
01 апреля 2026 31 просмотров
Azərbaycanda dağ-mədən və metallurgiya sənayesi ilə bağlı vacib qərar - Baku TV

Azərbaycanda dağ-mədən və metallurgiya sənayesi ilə bağlı vacib qərar - Baku TV

Siyasət
01 апреля 2026 31 просмотров
Çinin sülh təklifi İranın strateji qələbəsi, ABŞ-nin geosiyasi məğlubiyyətidir? - AKTUAL GÜNDƏM

Çinin sülh təklifi İranın strateji qələbəsi, ABŞ-nin geosiyasi məğlubiyyətidir? - AKTUAL GÜNDƏM

Siyasət
01 апреля 2026 31 просмотров
Pakistanlı ekspert dördtərəfli görüşün detallarını açıqladı - Baku TV

Pakistanlı ekspert dördtərəfli görüşün detallarını açıqladı - Baku TV

Siyasət
01 апреля 2026 31 просмотров
Aprel döyüşlərinin gerçəkləri | Strateji dönüşə yol açan 4 gün nələri dəyişdi? - QARABAĞ XRONİKASI

Aprel döyüşlərinin gerçəkləri | Strateji dönüşə yol açan 4 gün nələri dəyişdi? - QARABAĞ XRONİKASI

Siyasət
01 апреля 2026 31 просмотров
İsrail İrana qarşı yeni ittifaq qurur: Tehrana qarşı vahid plan nə olacaq? - AKTUAL GÜNDƏM

İsrail İrana qarşı yeni ittifaq qurur: Tehrana qarşı vahid plan nə olacaq? - AKTUAL GÜNDƏM

Siyasət
01 апреля 2026 31 просмотров
DGK “Astara” gömrük postunda keçirilən əməliyyatın detallarını açıqladı - Baku TV CANLI

DGK “Astara” gömrük postunda keçirilən əməliyyatın detallarını açıqladı - Baku TV CANLI

Siyasət
01 апреля 2026 31 просмотров
Azərbaycandan keçməklə Ermənistana taxıl göndərildi

Azərbaycandan keçməklə Ermənistana taxıl göndərildi

Siyasət
01 апреля 2026 31 просмотров
Biləcəridən Ermənistana yola salınan qatarla nələr daşındı? - Baku TV

Biləcəridən Ermənistana yola salınan qatarla nələr daşındı? - Baku TV

Siyasət
01 апреля 2026 31 просмотров
Maksim Prevo belçikalıların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib - Baku TV

Maksim Prevo belçikalıların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib - Baku TV

Siyasət
01 апреля 2026 31 просмотров
Выбранные
icon