Выбрать плеер:
Paşinyanın kilsədən çıxışı zamanı insident baş verdi - Baku TV
Ermənistanın Baş naziri Nikol Paşinyanın İrəvandakı Müqəddəs Anna kilsəsində ibadət zamanı iştirakı insidentlə nəticələnib.
Bu barədə ölkə mediası xəbər verib.
Məlumata görə, Baş nazir kilsəni tərk edərkən dindarların arasından keçib. Bu zaman mərasim iştirakçılarından biri Baş nazirin mühafizəçisinə "mənə elə baxmağa cürət etmə" deyərək etirazını bildirib. Digər bir şəxs isə arxadan təhlükəsizlik xidmətinin əməkdaşına zərbə endirməyə cəhd edib.
Hadisə yerində qısamüddətli gərginlik yaşansa da, mühafizə xidməti Baş nazirin ərazidən uzaqlaşdırılmasını təmin edib.
Saxlanılanların olub-olmaması barədə hələlik rəsmi məlumat verilməyib.
Скопировано
Тег #Ermənistan используется
- Azərbaycandan keçməklə Ermənistana taxıl göndərildi
- Biləcəridən Ermənistana yola salınan qatarla nələr daşındı? - Baku TV
- “Köçəryanı ayaqyalın həbsxanaya atmaq lazımdır” | Ara Xudaverdyan
- “Rusiyanın hədəfi Paşinyanı devirməkdir” | Daniel İoannisyan
- Azərbaycana xəyanət edən “alim”in əsl siması | İqbal Əbilovun arxasında dayananlar - Baku TV
