Выбрать плеер:

“Rusiyanın hədəfi Paşinyanı devirməkdir” | Daniel İoannisyan

31 марта 2026 125 просмотров

“Rusiya iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələrinə təsir göstərmək üçün İrəvana qarşı hibrid müharibəyə başlayıb”.

Bunu Ermənistanda fəaliyyət göstərən “Məlumatlı Vətəndaşlar” adlı QHT-nin koordinatoru Daniel İoannisyan deyib.

Onun sözlərinə görə, Ermənistanın bəzi media orqanları hibrid müharibə alətlərinə çevrilib, onların Rusiyanın təsiri altında olduqları açıq şəkildə görünür.

Hibrid müharibənin təzahürü olaraq İoannisyan bir nümunə gətirib: “Milli Təhlükəsizlik Xidmətinin binasına “Molotov kokteyli” atmaq hibrid hücumla əlaqəli zorakılıq aktıdır”.

QHT nümayəndəsi əlavə edib ki, Rusiyadakı erməni iş adamları təzyiqlə bağlı həyəcan təbili çalırlar:

“Onlara təzyiq edirlər ki, tabeçiliyində olanlara 100 min rubl verib seçkilərdə iştirak üçün Ermənistana göndərsinlər. Hətta bu insanları gətirmək üçün avtobuslar da səfərbər olunur. Bütün bunları Rusiya FSB-si təşkil edir. Söhbət təxminən 80-100 min nəfərdən gedir. Onlar həmçinin Gürcüstandan da insanlar gətirmək istəyirlər. Həm Ermənistan, həm də Rusiyada seçki rüşvətlərinin paylanması barədə məlumatımız var. Rusiyada yaşayan insanlar demokratiyanın nə olduğunu heç bir şəkildə bilmirlər. Onlara xəbərdarlıq edilməlidir ki, seçki rüşvətləri aldıqlarına görə mühakimə olunacaqlar, həyatlarını 2033-cü ilə qədər cəzaçəkmə müəssisəsində keçirəcəklər”.

Daniel İoannisyan Rusiyanın hədəfinin Ermənistanda hakimiyyət çevrilişi və ya Baş naziri Nikol Paşinyanı devirmək olduğunu qeyd edib.

Скопировано
İranın Londondakı səfirindən Böyük Britaniya barədə xəbərdarlıq

İranın Londondakı səfirindən Böyük Britaniya barədə xəbərdarlıq

Dünya
01 апреля 2026 125 просмотров
Pekin Tayvanın yeni təchizat planlarını sərt tənqid etdi

Pekin Tayvanın yeni təchizat planlarını sərt tənqid etdi

Dünya
01 апреля 2026 125 просмотров
Dünya çempionatında finala çıxan Bosniya və Herseqovinada bayram ab-havası

Dünya çempionatında finala çıxan Bosniya və Herseqovinada bayram ab-havası

Dünya
01 апреля 2026 125 просмотров
Hayfada həyəcan siqnalı ilə sığınacaqlara qaçış

Hayfada həyəcan siqnalı ilə sığınacaqlara qaçış

Dünya
01 апреля 2026 125 просмотров
Beyrutda İsrailin hücumlarından sonra yaranan vəziyyət

Beyrutda İsrailin hücumlarından sonra yaranan vəziyyət

Dünya
01 апреля 2026 125 просмотров
Krım üzərində təyyarə qəzaya uğradı | Bütün heyət və sərnişinlər həlak oldu - Baku TV CANLI

Krım üzərində təyyarə qəzaya uğradı | Bütün heyət və sərnişinlər həlak oldu - Baku TV CANLI

Dünya
01 апреля 2026 125 просмотров
BƏƏ Hörmüz boğazı üçün hərbi koalisiya yaradılmasını təklif edir?

BƏƏ Hörmüz boğazı üçün hərbi koalisiya yaradılmasını təklif edir?

Dünya
01 апреля 2026 125 просмотров
Qüds küçələrində son vəziyyət necədir?

Qüds küçələrində son vəziyyət necədir?

Dünya
01 апреля 2026 125 просмотров
ABŞ-nin bazasına zərbələr endirildi

ABŞ-nin bazasına zərbələr endirildi

Dünya
01 апреля 2026 125 просмотров
Nəhəng meteorların sayı nə qədər artıb?

Nəhəng meteorların sayı nə qədər artıb?

Dünya
01 апреля 2026 125 просмотров
Выбранные
icon