Выбрать плеер:

Azərbaycan və Gürcüstan arasında qatarla gediş-gəlişə icazə verildi - Baku TV

20 мая 2026 115 просмотров

Azərbaycan vətəndaşlarının və Azərbaycana vizasız gəlmə hüququ olan bütün xarici ölkə vətəndaşlarının Azərbaycan ilə Gürcüstan arasında 25 may saat 00-00-dan dəmiryol nəqliyyatı vasitəsilə giriş-çıxışına icazə verilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etməlidir.

Xatırladaq ki, Azərbaycan və Gürcüstan mayın 26-dan Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəlib. "Azərbaycan Dəmir Yolları" QSC və "Gürcüstan Dəmir Yolları" SC arasında əldə olunmuş ilkin razılaşmaya əsasən, qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq.

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq veriləcək. Bakıdan Tbilisiyə qatarla 81 manata getmək mümkün olacaq.

Скопировано
Tramp Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü ilə bağlı İlham Əliyevi təbrik etdi - Baku TV

Tramp Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü ilə bağlı İlham Əliyevi təbrik etdi - Baku TV

Siyasət
26 мая 2026 115 просмотров
“Camaatın böyük ehtiyacı vardı” | Bakıdan yola düşən qatar Tbilisidə belə qarşılandı - Baku TV

“Camaatın böyük ehtiyacı vardı” | Bakıdan yola düşən qatar Tbilisidə belə qarşılandı - Baku TV

Siyasət
26 мая 2026 115 просмотров
Rusiya XİN-dən təcili çağırış | Putin ruslara görə ordunu səfərbər edəcək? - Baku TV

Rusiya XİN-dən təcili çağırış | Putin ruslara görə ordunu səfərbər edəcək? - Baku TV

Siyasət
26 мая 2026 115 просмотров
Hörmüz boğazı mərhələli şəkildə açılacaq | Qəzalı vəziyyətdə olan binaların aqibəti - YENİ BİR SƏHƏR

Hörmüz boğazı mərhələli şəkildə açılacaq | Qəzalı vəziyyətdə olan binaların aqibəti - YENİ BİR SƏHƏR

Siyasət
26 мая 2026 115 просмотров
Tbilisidə Azərbaycanın Müstəqillik Günü qeyd olunub - Baku TV

Tbilisidə Azərbaycanın Müstəqillik Günü qeyd olunub - Baku TV

Siyasət
26 мая 2026 115 просмотров
Bakıda Afrika Gününə həsr olunan konfrans | Yalçın Rəfiyev açıqlama verdi - Baku TV

Bakıda Afrika Gününə həsr olunan konfrans | Yalçın Rəfiyev açıqlama verdi - Baku TV

Siyasət
26 мая 2026 115 просмотров
Azərbaycanın enerji tərəfdaşı kimi önəmi: Bakı Enerji Həftəsində keçiriləcək tədbirlər - Baku TV

Azərbaycanın enerji tərəfdaşı kimi önəmi: Bakı Enerji Həftəsində keçiriləcək tədbirlər - Baku TV

Siyasət
25 мая 2026 115 просмотров
“Ağıllı şəhər” və “Yaşıl zona” vizyonu WUF13-də bütün dünyaya nümayiş edildi - BİZDƏN NƏ DANIŞIRLAR?

“Ağıllı şəhər” və “Yaşıl zona” vizyonu WUF13-də bütün dünyaya nümayiş edildi - BİZDƏN NƏ DANIŞIRLAR?

Siyasət
25 мая 2026 115 просмотров
Prezident İlham Əliyev hökumətə tapşırıq verib - Baku TV

Prezident İlham Əliyev hökumətə tapşırıq verib - Baku TV

Siyasət
25 мая 2026 115 просмотров
Ölkə başçısı investorları fabriklər qurmağa dəvət edib - Baku TV

Ölkə başçısı investorları fabriklər qurmağa dəvət edib - Baku TV

Siyasət
25 мая 2026 115 просмотров
Выбранные
icon