Bakıda Afrika Gününə həsr olunan konfrans | Yalçın Rəfiyev açıqlama verdi - Baku TV
“Afrika Günü” münasibətilə Azərbaycanda konfrans keçirilib.
Tədbir Azərbaycanla Afrika ölkələri arasında siyasi, iqtisadi, humanitar və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsinə həsr olunub.
Konfransda Afrika qitəsi ölkələrinin Azərbaycanda akkreditə olunmuş səfirləri, millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, ekspertlər və ölkəmizdə təhsil alan afrikalı tələbələr iştirak ediblər.
Çıxışlarda qarşılıqlı səfərlər, təhsil proqramları və iqtisadi layihələrin tərəflər arasında əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verdiyi diqqətə çatdırılıb.
Konfrans çərçivəsində qlobal çağırışlar, davamlı inkişaf məqsədləri, iqlim dəyişiklikləri və gənclərin beynəlxalq əməkdaşlıq proseslərində rolu da müzakirə olunub.
